Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May

    Azərbaycan Respublikasının Birinci vetse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva jurnalist əməyinə daim yüksək qiymət verir. Cəmiyyətdə mətbuatın xüsusi rolu olduğunu qeyd edən Mehriban xanım deyib:  “Son illər, müstəqillik illərində,  digər sahələrdə olduğu kimi, jurnalistikada da böyük dəyişikliklər baş verib. Azad, peşəkar mətbuat olmadan əsl demokratik dövlətin qurulması mümkün deyil. Söz və mətbuat azadlığı, ən kəskin məsələlərə dair diskussiyalar, cəmiyyəti narahat edən problemlərin obyektiv işıqlandırılması – bütün bu sahələrdə medianın rolu əvəzsizdir. Hər bir mətbuat qurumu ilk növbədə obyektiv və qərəzsiz olmalıdır, xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdır və cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir”.

    Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, dünya miqyasında mədəniyyətimizin, elmimizin təbliği sahəsində gördüyü işlər mətbuat sahəsində çalışanlar üçün ən dəyərli nümunədir. İşğaldan azad edilmiş ərazilərdən Mehriban xanım tərəfindən edilən paylaşımlar da milyonların qəlbində sevinc oyadırdı.

    İş prinsiplərinin əsasını humanizm, ədalət və mərhəmət təşkil edən jurnalistlərimiz özündə bütün bu mənəvi dəyərləri birləşdirən Mehriban xanımı çox sevirlər.

     

     

    Müəllif: Redaktor, 16:17

İsmarıclar bağlıdır.