Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

    Şəhər 1 saylı tam orta məktəbində X “a” sinfi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin komandiri, ikinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevin adını daşıyır. Sinifdə Azərbaycanın igid oğlunun əziz xatirəsinə həsr olunmuş guşə yaradılıb. Guşədə şəhid polkovnik-leytenant Anar Əliyevə və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə həsr olunmuş kitablar, şəkillər və digər sənədlər toplanıb.
    X “a” sinfinin rəhbəri Kifayət Hüseynova deyir:
    – Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Onların həyat yolu, Vətən sevgisi şagirdlərin tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayır. Bu yaxınlarda sinfimizdə Anar Əliyevin atası Vaqif Əliyevlə unudulmaz görüş keçirdik. Məktəb rəhbərliyinin və hörmətli qazilərimizin iştirakı ilə keçirilən bu görüşdən hər birimiz çox təsirləndik.
    Həmin görüş zamanı uşaqlar Azərbaycanın xoşbəxt gələcəyi, suverenliyi uğrunda canlarıından, sağlamlıqlarından keçən oğullarımıza həsr olunan şeirlər söylədilər, mahnılar oxudular.
    Məktəbin direktoru Amil Hüseynov bildirdi ki, şəhidlər heç zaman unudulmur, onların əziz xatirəsi hər birimizin, o cümlədən böyüyən gənc nəslin qəlbində əbədi yaşayır.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 09:25

İsmarıclar bağlıdır.