Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27May

    Biz doğma evimizdəyik!

    Üçüncü aydır ki, Laçın şəhərində, doğma evimizdə yaşayırıq. Erməni cəlladları malımızı, əşyalarımızı talan edib aparmışlar, ancaq evimiz, pis vəziyyətdə olsa da, dururdu.
    Prezident İlham Əliyevin qayğısı sayəsində dövlətimiz onu əvvəlkindən də yaxşı təmir edib. İndi burada rahat şəraitdə yaşayırıq. İşlə də təmin olunmuşam. Bərbər işləyirəm.
    Mayın 18-də Laçının işğalının ildönümü idi. Artıq biz bu tarixi göz yaşları ilə deyil, sevinc hissi ilə qeyd edirik.
    Doğma Laçınımızın havası, suyu, dağları məcburi didərginlik həyatının ağrı-acılarını azaltsa da, başımıza gələn müsübətləri heç zaman unutmayacağıq. Belə ki, anam bu günləri görmədən dünyasını dəyişdi və 44 günlük Vətən müharibəsində erməni faşistləri Bərdə şəhərini raket atəşinə tutduqları zaman, həyat yoldaşım Kəmalə də orada olmuş və ciddi zədələr almışdı. İndi gözdən əlildir.
    Detirlər, doğma evin divarları da məlhəmdir. Bu, həqiqətən də belədir. Biz uzun illər Tərtər rayonunda kirayələrdə yaşamışdıq. Sonralar Şıxarx qəsəbəsində qaçqın və köçkünlər üçün tikilmiş qəsəbədə bizə ev vermişdilər. Ancaq heç yerdə özümüzü doğma evimizdəki kimi rahat hiss etməmişik.
    Bu günlərimizə görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya öz təşəkkürümüzü bildiririk. Hər bir azərbaycanlı ailəsi kimi, biz də çətin günlərimizdə daim onların qayğısını hiss etmişik. Müalicələrimizə kömək edib, heç vaxt bizi darda qoymayıblar.
    Vətəndə, uşaqlıqdan böyüyüb boya-başa çatdığın şəhərdə keçmiş qonşularla bir küçədə yaşamaq böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyə görə şəhidlərimizə, qazilərə, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi sağlamlıqlarına qovuşdursun. Prezidentimizə və ailəsinə cansağlığı arzulayırıq.

    Vidadi HƏSƏNOV,
    Laçın şəhəri

    Müəllif: Redaktor, 09:47

İsmarıclar bağlıdır.