Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07İyn

     

     

     

     

     

     

    Tərtərdə Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin və Keşişkənd rayon icmasının təşkilatçılığı ilə əslən rayonun İrəvanlı kəndindən olan Vaqif İsaoğlunun “95 illik tarixi yaşadan kəndimiz” kitabının təqdimat mərasimi keçirilib.
    Təqdimat mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan dili kafedrası-nın idarə heyətinin üzvü, Keşişkənd icmasının rəhbəri Mahirə xanım Hüseynova, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Səmədova, Tarix üzrə fəlsəfə doktoru, ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalova, Keşişkənd icmasının sədr müavini Məhəmməd Nəcəfov, ADPU-də Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin mütəxəssisi Möhübbət Məmmədov, ADPU-nun əməkdaşı Gülər Süleymanova, Keşişkənd rayonunun Çivə kənd icmasının üzvü, həkim oftalmoloq Mehparə Cəlalova, Qərbi Azərbaycan icmasının üzvləri, rayon ziyalıları və ağsaqqallar iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb-lər.
    Sonra İrəvanlı kəndinin gənclərindən ibarət “Yallı” folklor rəqs qrupunun hazırladığı “Şərur” yallısına tamaşa edilib, Tərtər rayonuna 44 günlük Vətən müharibəsində dəymiş zərəri əks etdirən fotostendə, Tərtərə atılan qadağan olunmuş smerç raketlərinin qalıqlarna, Qərbi Azərbaycanın tarixindən yazılmış kitab sərgisinə, Tarix-diyarşünaslıq muzeyinin təşkil etdiyi qədim əşyaların sərgisinə baxıblar.
    Tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
    Əvvəlcə dövlət himni oxunub, sonra Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri açaraq, iştirakçıları salamlayıb və qonaqlara “xoş gəlmisiniz”,- deyib.
    Rayon rəhbəri qeyd edib ki, ADPU-nin Beynəlxalq Əlaqələr üzrə Prorektoru, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynova kitabın ön sözünü bu sözlərlə başlayır: “Vətənpərvərlik təkcə əlinə silah alıb Vətən sərhədlərinin keşiyini çəkmək deyildir. Vətənpərvərlik insanın ruhunda, canında, qanındadır”.
    Vətənpərvərlik doğulduğun elin, obanın, yurdun hər daşına, çiçəyinə, onun insanlarına olan məhəbbətdən yaranır və bu, çox də-rin, insanın bütün varlığına hakim kəsilən hisslərdir. “95 illik tarixi yaşadan kəndimiz” kitabında biz müəllifin məhz həmin hisslərini duyur, görür və ürəkdən alqışlayı-rıq.
    Öyrənirik ki, İrəvanlı kəndinin təməli 1928-ci ildə qoyulub. Kən-din təməlini qoyanlar Qərbi Azərbaycanın ayrı-ayrı kəndlərindən bura köçüb gəlmiş insanlar olublar. Rəhmətlik Abbas Sultanovun adından kitabda deyilir: “O vaxt bizimlə bərabər Ermənistanın Teqr kəndindən, Vedidən, Naxçıvandan –Şərurdan və digər yerlərdən olan qaçqınlarla birlikdə bu əraziyə gəlib yurd saldıq, ona görə də kəndin adını Qərbi Azərbaycanın mərkəzi şəhəri – İrəvan şəhərinin adı ilə bağlayaraq İrəvanlı adını verdik ki, heç kim inciməsin”.
    Sonra Mahirə xanım Hüseynova, Milli Məclisin deputatı Sahib Alıyev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Məmmədov, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova və 2 saylı məktəbliseyin direktoru Gülarə Əkbərova kitab haqqında öz fikirlərini bölüşüblər.
    Kitabın müəllifi, “Dərələyəz” qəzetinin redaktoru Vaqif İsaoğlu çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
    Rayon rəhbəri Mahirə xanım Hüseynovaya və Vaqif İsaoğluna xatirə hədiyyələri təqdim edib.

     

    Müəllif: Redaktor, 11:21

İsmarıclar bağlıdır.