Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11İyn

     

     

     

     

     

     

     

    İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qahirəyə səfər edib. Səfər çərçivəsində Prezident Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

    Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfər çərçivəsində imzalan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.

    Misir İslam coğrafiyası, ərəb və bütövlükdə Şərq dünyasında, habelə Afrika qitəsində ciddi nüfuz sahibi olan beynəlxalq subyekt kimi qlobal siyasətdə ciddi çəkiyə malikdir: “Eyni zamanda yaratdığı və diktə etdiyi geosiyasi reallıqla Azərbaycan bütövlükdə regionda yeni parlayan hərbi-siyasi kimi güc mərkəzi kimi özünü təsdiq edib. Bu mənada, Azərbaycan Respublikası və Misir Ərəb Respublikasının əlaqələrinin müsbət dinamikası qlobal sülh və təhlükəsizliyə müsbət təsir effekti perspektivinə malikdir”. Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var.

    Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ümummilli Lider Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.Bu gün Misir və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var. Prezident İlham Əliyevin cari səfəri zamanı iki ölkə arasında energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

    İyunun 8-də Dövlətlər arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında, AZPROMO ilə Misirin Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı, İqtisadiyyat Nazirliyi ilə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu, İqtisadiyyat Nazirliyi ilə Misir Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misirin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalanıb. Prezidentin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü ölkələrimizin bütövlükdə dünyada islam həmrəyliyinin möhkəmlənməsinə və mötədil islamın inkişafına mühüm töhfəsi sayıla bilər. İstər Ulu Öndər, istərsə də möhtərəm Prezident həmişə xarici siyasət kursunu müəyyən edərkən İslam dünyasının diqqətində olan məsələlərə böyük önəm verib.

     

    Müəllif: Redaktor, 08:20

İsmarıclar bağlıdır.