Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    Lalə Əhmədli: Müəllim şagirdlər arasında fərq qoymamalıdır

    Lalə Əhmədli Rövşən Kərimov adına Sarov kənd tam orta məktəbin ingilis dili müəllimidir. 1977-ci il ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 25 ildir ki, Sarov kəndində ingilis dilini tədris edir. Müəllimlərin sertifikasiya imtahanından 58 bal toplayıb. Bu barədə o, belə deyir:
    –Hədəfim 60 bal idi. Görünür, haradasa diqqətsizlik etmişəm. Müəllimin imtahandan yüksək bal toplaması uğur hesab edilsə də, bu, eyni zamanda, gözlənilən haldır. Çünki bu yüksək adı daşıyan insan vaxtilə ali məktəbdə yiyələndiyi biliklərlə kifayətlənməməli, öz üzərində işləməli, fənnini bilməlidir.
    Lalə müəllimin digər fikirləri də diqqət çəkir. O hesab edir ki, əsl pedaqoq sinifdə şagirdlər arasında fərq qoymamalıdır. Uşaqların dərsi qavrama qabiliyyəti eyni olmadığı üçün, onlardan hansısa yaxşı, digəri zəif oxuya bilər. Belələrini gözdən salmaq olmaz, dərs zamanı hər kəsə kifayət qədər diqqət ayrılmalıdır. Bəzən müəllim hansısa pis oxuyan uşağı “kəşf” edir, onun üzə çıxarılmayan qabiliyyətlərini aşkar edərək, inkişafına yardımcı olur.
    Lalə müəllimin qızı Nuranə anasının yolunu davam etdirərək, Azərbaycan Dövlət Dillər Universitetini İngilis dili ixtisası üzrə bitirib, sonra “Xəzər” Universitetində maliyyə üzrə magistr təhsili alıb. Hazırda bank sektorunda çalışır.
    Oğlu Pənah isə Gəncə Dövlət Universitetinin məzunudur. O, kompüter elmləri ixtisasını seçib. Pənah hərbi xidmətini də müvəffəqiyyətlə başa vurub, xidmətini Kəlbəcərdə keçib. Hərbi Hava Qüvvələrinin ehtiyatda olan zabitidir. Halhazırda öz ixtisası üzrə kursdadır.
    Övladlara elmə, biliyə olan sonsuz maraq analarından keçsə də, onların həyatında əsas nümunə I Qarabağ müharibəsi iştirakçısı, II qrup Qarabağ əlili, keçmiş polis əməkdaşı olan ata Mübariz Həsənovdur.
    Beləcə bir müəllimin şərəfli həyat yoluna qısaca nəzər saldıq. Əminik ki, Lalə müəllimin və onun həmkarlarının zəhmətindən bəhrələnən, müəllim ömrünün işığında böyüyən neçə-neçə şagird gələcəyin layiqli vətəndaşları kimi cəmiyyətimizdə öz yerini tutacaq.

    Müəllif: Redaktor, 13:43

İsmarıclar bağlıdır.