Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19İyl

    QOŞMADI

    (Qoşma ədəbi məclisinə)

    Şeriyyət günəşi tanımaz qürub,
    Uçulmaz qaladı, möhtəşəm durub.
    Nizami ucaldıb, Qurbani qurub,
    Sütunu əruzdu, tiri qoşmadı.
    Bayatı-cığası güldü əzəldən,
    Ustad öyüdləri kəci düzəldən.
    Alar ”gözəlləmə” sirri gözəldən,
    Dastanlar cilası-şiri qoşmadı.
    Sazla şənlik qurub, yığnaq yığırsa,
    Məqsəd-məramından ibrət doğursa…
    Kiçik bir qoşmaya “dünya” sığırsa,
    Deyərdim, dünyadan iri qoşmadı.
     

    Qoşa əmanətdi–mətləb qandıran,
    Dana bilməz dodaq büzüb yan duran.
    Bizə tarix açan, soy-kök andıran,
    Biri telli sazdı, biri qoşmadı.

     

    Qəbri gözəllərə yol Ələsgərin,
    “Əmrinə qoyulan qol” Ələsgərin.
    Vaqif, Abbas, Alı, “Qul” Ələsgərin
    Məhəbbət məbədi, piri qoşmadı.

     

    Zəngin irs qoyubdu ustad-ozanlar,
    Talıb, köhnəliyə çoxdu yozanlar.
    Dünyadan köçsə də qoşma yazanlar,
    Əbədi yaşayan, diri qoşmadı.

     

    Müəllif: Redaktor, 10:04

İsmarıclar bağlıdır.