Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Avq

    Ələsgərov Habil Rəşid oğlu

    1967-ci il avqust ayının 22-də Tərtər rayonunun Köçərli inzibati ərazi vahidinin Köçərli kəndində anadan olmuşdur. Orta təhsilini Azad Qaraqo-yunlu kənd orta məktəbində aldıqdan sonra 1985-1987-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda müharibə başlanan vaxt rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilir. 1993-cü ilin iyul ayından 703 saylı hərbi hissədə xidmət etməklə Ağdərə rayonunun ərazisində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il fevral ayının 14-də Ağdərə ərazisində gedən döyüşdə həlak olmuşdur. Köçərli kənd qəbiristanlığında dəfn olunub.
    Evli idi. Sənan adlı bir oğlu və Vüsalə adlı bir qızı var. Övladları ailəlidir-lər. Ailəsi Tərtər rayonunun Köçərli kəndində yaşayır.

    Müəllif: Redaktor, 10:46

İsmarıclar bağlıdır.