Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Avq

    TƏRTƏRDƏ SEÇİCİLƏRİN ƏHVAL – RUHİYYƏSİ YÜKSƏKDİR

    97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində növbədənkənar parlament seçkilərinə hazırlıq işləri yüksək səviyyədədir.
    Məntəqənin sədri Məzahir Cəfərov deyir:
    –Seçki məntəqəsi zəruri texniki və metodiki vasitələrlə, elektrik generatoru ilə təmin edilib, burada veb-kameralar quraşdırılıb. Seçicilərin namizədlərə öz münasibətlərini sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb. Məntəqədə seçkini izləyəcək yerli və xarici müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
    Öyrəndik ki, qarşıdan gələn bu mühüm siyasi kampaniyada iştirak edənlərin 6 nəfəri ilk dəfə səs verənlər, 3 nəfəri əlildir. 11 nəfər seçicinin yaşı 80-dən yuxarıdır. Məntəqəyə gələ bilməyənlər üçün daşınan qutu hazırlanıb.
    1940-cı il təvəllüdlü seçici Camal Kərimovla əlaqə saxladıq. O dedi:
    –2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbəmiz və bundan sonra keçirilən antiterror əməliyyatı nəticəsində torpaqlarımız 30 illik işğaldan azad edildi, suverenliyimiz tam təmin olundu. Bundan sonra insanlarda böyük ruh yüksəkliyi, qurub-yaratmaq həvəsi yaranıb. O cümlədən qəhrəman tərtərlilər 30 ildən artıq bir müddətdə daim mənfur qonşularımızın hücumlarına məruz qalan rayonumuzu abadlaşdırır, gözəlləşdirirlər. Biz qarşıdan gələn siyasi kampaniyada da fəal iştirak edəcəyik.
    Rüstəmzal Cəlili isə ilk dəfə seçkilərdə iştirak edəcək. Onunla da əlaqə saxlayıb fikirlərini öyrəndik:
    –İlk dəfədir ki, belə məsul bir seçkilərə qatılacağam. Özümü çox xoşbəxt hiss edirəm. Çünki biz gənclər indi suveren bir ölkənin vətəndaşlarıyıq. Buna görə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Şanlı Azərbaycan Ordusuna borc-luyuq. Şəhidlərimizin əziz xatirəsini daim yaşadacağıq. Vətənimizin daha güclü, daha qüdrətli olması üçün var qüvvəmizlə çalışacağıq.
    Seçicilərlə söhbətlərdən aydın oldu ki, seçkiqabağı günlərdə tərtərlilərin əhval-ruhiyyəsi yüksəkdir. Hamının məqsədi ən layiqli namizədlərə səs verməkdir.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:21

İsmarıclar bağlıdır.