Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Fev

    imageMübariz İbrahimovun şəkillərini nənəsinə göstərib, deyib ki, gör necə oğuldur? Vaxt gələcək, mən də şəhid olacağam.
    …Fərid 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 1992-cı ildə N. Gəncəvi adına Cəlilabad rayon 1 saylı orta məktəbinin birinci sinfinə gedib.
    2003-cü ildə məktəbi bitirən Fərid Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub.
    2007-ci ildə oranı əla qiymətlərlə bitirən müdavim Fərid Əhmədov rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir. Kursu uğurla başa vuraraq leytenant rütbəsi alır və Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilir. Xidmətə başlayandan sonra Türkiyəyə göndərilir. Orada 6 ay yüksək təlim kurslarını başa vurur, və fərqlənmə nişanı və diplomla təltif olunur. Sonra Gəncədəki «N» saylı hərbi hissəyə xidmətə qayıdır. 2009-cu ildə Gəncədəki xidmətini başa vuran Fərid öz ərizəsi ilə Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətə başlayır. Qısa müddət ərzində hərbi hissədə hörmət və etimad qazanan Fərid Əhmədov kəşfiyyat bölüyünün komandiri təyin edilir.
    2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığında erməni qəsbkarlarına qarşı vuruşan Fərid qəhrəmancasına şəhid olur.
    Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyidi düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
    2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sə-rəncam imzalayıb.
    Fəridin vaxtsız, lakin qəhrəman kimi həyatdan gedişi nəinki bir ailənin, bir nəslin, bir rayonun, ümumiyyətlə, bütünlükdə xalqımızın–qəhrəmanlarıyla hər zaman öyünən Azərbaycanımızın kədəridir. Həm də fəxridir! O, öz qəhrəmanlığı ilə Vətənimiz Azərbaycanın adını daha da yüksəklərə qaldırdı.

    Müəllif: Redaktor, 11:40

İsmarıclar bağlıdır.