Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Fev

    QƏHRƏMANLAR UNUDULMUR

    be2e5ef24d21d13db9f6ac59494d4809Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə doğulduğu kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta məktəbi bitirib, hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini daxili qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə başlamışdı. O, hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
    Bir müddət başqa sahələrdə çalışsa da 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb.
    Bir müddətdən sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
    18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı 1 km-lik minalanmış sahəni keçərək erməni silahlı qüvvələrinin çox sayda əsgər və zabitlərini məhv edir. Sonra isə düşmənin öz silahlarından onlara qarşı istifadə edərək 5 saat təkbətək döyüşür.
    Düşməni ağır itkiyə məruz qoyur. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri Xiyabanda dəfn olunub.
    Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun igidliyi bugünkü Azərbaycan gənclərinə nümunədir. Bu pəhləvan cüssəli igid idmanın boks növü ilə məşğul olur, onu çox sevirdi.
    Fevralın 7-si təkcə Ağakərim kişinin ailəsində deyil, bütün Azərbaycanda Mübarizin doğum günü kimi yad edilir.
    Bu gün hərbi hissələrə yola düşən hər bir gənc Milli Qəhrəmanımız Mübariz İbrahimov kimi igid, qorxmaz olacağına, vətənin hər qarışını göz bəbəyi kimi qoruyacağına and içir.
    Allah bütün şəhidlərimizə rəhmət etsin.
                                                                                         

        “Yeni Tərtər

    Müəllif: Redaktor, 11:48

    Teqlər:

İsmarıclar bağlıdır.