Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Fev

    ŞURA İCLASI KEÇİRİLİB

    Изображение 007YAP Tərtər Rayon Təşkiatının geniş tərkibli Şura iclası keçirildi. İclasda ərazi ilk partiya təşkilatı sədrləri, idarə, müəssisə rəhbərləri , təhsil və səhiyyə sahələrinin təmsilçiləri, Şura üzvləri iştirak edirdi. Şuranın gündəliyində iki məsələ dururdu
    YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov hər iki məsələ barəsində geniş məruzə etdi:
    Sonra məruzə ətrafında çıxışlar oldu.
    Qarağacı ərazi ilk partiya təşkilatının sədri Məhəmmədəli Həmidov, təhsil ərazi ilk partiya təşkilatının sədri Rahil Şəldiyev, şura üzvü, rayon mərkəzi xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Yaşar Hüseynov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, Hacıqərvənd ərazi ilk partiya təşkilatının sədri Vəli Əliyev və şura üzvü, rayon icra hakimiyyəti başçısının müavini Abbas Cavadov çıxış etdilər.
    Məruzə və çıxışlarda tarixə çevrilmiş 2015-ci ildə YAP Rayon Təşkilatının, həmçinin ərazi ilk partiya təşkilatlarının gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıldı.
    Bildirildi ki, 2015-ci il rayonumuz üçün uğurlu illərdən biri kimi yaddaşlarda qaldı.
    İqtisadiyyatın bütün sahələrində irəliləyişlərə nail olundu. İnfrastruktur lahiyələrin həyata keçirilməsində YAP üzvlərinin də əməyi az deyil. Müzakirə zamanı görülmüş işlərlə yanaşı, nöqsan və problemlər də göstərildi. Qeyd olundu ki, işimizi partiyanın nizamnaməsinin və partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarının layiqincə həyata keçirilməsi istiqamətində qurmalıyıq.
                                                                                                                                                                          “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 11:57

    Teqlər:

İsmarıclar bağlıdır.