Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Fev

     

    Изображение 067Изображение 141Gənclər Gününə həsr olunmuş ümumrayon gənclərinin toplantısı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini yad etmişlər.Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
    Mərasim gənclərin birlikdə oxuduğu Dövlət himni ilə başlamışdır.Toplantını giriş sözü ilə rayon gənclər və idman idarəsinin rəis əvəzi Səadət Hüseynova açaraq gəncləri bayram münasibəti ilə təbrik etmişdir.
    Məruzəsində bildirmişdir ki, müstəqil Azərbaycanın gənclər siyasəti Ümummilli liderin adı ilə bağlıdır. Məhz I Gənclər Forumundan sonra 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-i Gənclər Günü elan edildi.
    Məruzəçi Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, gənclər siyasəti çərçivəsində müxtəlif dövrləri əhatə edən dövlət proqramlarının həyata keçirilməsi, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, təhsili, ictimaifaydalı əməklə məşğulluğu, onların istirahəti üçün yüksək şərait yaradılması sayəsində
    Изображение 099Azərbaycan gəncliyinin ölkəmizin dinamik inkişafına əhəmiyyətli töhvələr verdiyini qeyd etdi. Rayon gənclərinin qazandığı uğurlardan danışdı. Bildirdi ki, Tərtər rayonunun gəncləri dövlət başçısının biz gənclərə göstərdiyi diqqət və qayğısına öz əməli işləri ilə cavab verirlər.
    2015-ci ildə rayon gənclər və idman idarəsi tərəfindən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə”, Azərbaycan Respublikasında şahmatın və futbolun inkişafına dair Dövlət Proqramlarına uyğun olaraq gənclər sahəsi üzrə 48, id-man sahəsi üzrə 41 tədbir hazırlanıb həyata keçirilmişdir.
    Ötən il ərzində rayonumuzun gəncləri Gənclər və İdman nazirliyinin dəvəti ilə gənclər sahəsi üzrə 6, idman sahəsi üzrə 7 tədbirdə iştirak etmişlər.
    Gənclər və idman idarəsi tarixi günlər və bayramlarla əlaqədar gənclərin toplantılarını təşkil etmiş, “Dəyirmi masa”- lar keçirmiş, gənclərin arzu və təkliflərini öyrənmişdir.
    Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi, milli qəhrəmanlarımızın vətən uğrunda göstərdiyi şücaətin gənc nəslə çatdırılması, onların hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədi ilə silsilə tədbirlər, zona birincilikləri keçirilmişdir.
    “Şahinlər” hərbi idman oyunları üzrə Goranboy rayonunda keçirilən zona birinciliyində Tərtər rayonunun komandası II yerə layiq görül-müşdür.
    Rayonumuzun idmançıları respublika yarışlarına da qatılmışlar. Gənc idmançılardan boks üzrə Bakı şəhərində keçirilmiş Azərbaycan birincili-yində 1 nəfər III yeri tutmuşdur. Kikboksinq idman növü üzrə Bakı şəhərində keçirilmiş Azərbaycan çempionatında 3 nəfər idmançımız I yerə, İsmayıllı rayonunda keçirilən Azərbaycan birinciliyində 3 nəfər idmançımız I yerə, 2 nəfər II yerə, 2 nəfər isə III yerə layiq görülmüşdülər. Bakı şəhərində keçirilmiş Muay-tay idman növü üzrə Azərbaycan çempionatında 7 nəfər idmançımızın iştirakı təmin olunmuş, onlardan 2 nəfəri I yerə, 1 nəfəri isə III yerə layiq görülmüşdür.
    Yeni il ərəfəsində Bakı şəhərində Budo döyüş növləri üzrə keçirilən dünya kubokunda Tərtər rayon komandasının idmançılarından 3 nəfər I yer, 2 nəfər isə II yer tutmuşdur.
    Daha sonra Azərbaycan Res-publikası yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən intellektual bilik yarışında Qaradağlı kənd tam orta məktəbinin komandası Beyləqan rayonunda keçirilən yarışda iştirak edərək III yerə çıxmış-dır.
    Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, idman, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.
    Sonra məruzə ətrafında rayon icra hakimiyyəti aparatında aparıcı-məsləhətçi Tunarə Məmmədzadə, polis şöbəsinin tədqiqat qrupunun tədqiqatçısı Yasin İbrahimli, DSMF-nin əməkdaşı Anar Rüstəmov, Sarıcalı kənd tam orta məktəbində musiqi müəllimi Bənövşə İbrahimova çıxış edərək, öz ürək sözlərini bildirdilər. Qeyd olundu ki, respublikamızda olduğu kimi rayonumuzda da gənclərə lazımi diqqət və qayğı göstərilir. Gənclər dövlət qulluğuna irəli çəkilir, onların təşəbbüskarlığı, savadı nəzərə alınır.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri bayram münasibəti ilə təbrik edərək onlara öz arzularını bildirdi, tövsiyələrini verdi.
    Sonra rayonun ictimai-siyasi həyatında, idmanda, təhsildə qazandıqları uğurlara görə 31 nəfər gənc rayon icra hakimiyyəti və gənclər və idman idarəsi tərəfindən Fəxri Fərman, diplom və qiymətli hədiyyələrlə təltif olundular.

    Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 12:02

    Teqlər:

İsmarıclar bağlıdır.