Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Fev

     

    Изображение 215Bayram müəllim Kəlbəcər rayonuna təyinatla gəlmişdi. Coğrafiya, biologiya fənnini tədris edirdi. Onun ailəsində ilk övladı da elə Kəlbəcərdə dünyaya gəlmişdi. Adını Səbuhi qoydular.
    Səbuhi Susuzluq kəndində doğulsa da, onun uşaqlığı rayonumuzun Səhlabad kəndində keçdi. Atası Bayram müəllimin işi bura dəyişildiyindən ailəsi ilə birlikdə Səhlabadda yaşayası oldu. Səbuhi böyüdükcə atanın ümidləri daha da artırdı.
    Inanırdı ki, oğlu gələcəkdə valideynlərinə başucalığı gətirə biləcəkdi.
    Artıq ümid dolu illər arxada qalıb. Səbuhi Azərbaycan Dövlət Universitetinin fiziki tərbiyə və çağırışa hazırlıq fakültəsini bitirib. Bütün oğlanlar kimi o da Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib, zabit rütbəsi ilə doğma kəndinə qayıdıb, təhsil aldığı Səhlabad kənd orta məktəbində hərbi müəllim işləyir. 9 ildir ki, bu dərsi sevə-sevə tədris edir. Yuxarı sinif şagirdlərinə hərbi vətənpərvərlik hissinin aşılanmasında bacarığını əsirgəmir.
    Bu günlərdə rayon ictimaiyyətinə xəbər yayıldı ki, bir qrup şəxsə “Fədai” mükafatı təqdim olunub. Onlardan biri də Səbuhi müəllimdir. Biz də Səbuhi müəllimlə görüşdük. Həm təltif olunması münasibətilə onu təbrik etdik, həm də gördüyü işlərlə maraqlandıq.
    Bildirdi ki, orta məktəblərin X-XI siniflərində həftədə 2 saat hərbi dərs keçirilir. Çalışır ki, bu müddətdə şagirdlər həm fiziki hazırlığa, həm də hərbi elmi biliyə nail olsunlar. Hərbi hazırlıq kabinəsində müasir texnika, avtomat və sursatlar haqqında məlumat verməkdə çətinlik çəkəndə, hərbi hissələrə üz tutur. “Açıq qapı” günlərində şagirdlərə hərbi avadanlıqlardan istifadə qaydalarını böyük həvəslə mənimsətməyə çalışır. Hərbi idman oyunlarında şagirdlərin iştirakını təmin edir. Ona görə də məktəb “Cəsurlar” və “Şahin” hərbi oyunlarının yarışlarında fərqlənənlərdən olub, fəxri fərmana layiq görülüb. Səbuhi müəllimin zəhmətinin nəticəsidir ki, məktəbin şagird-lərindən İsmayıl Kərimli C. Naxçıvanski adına hərbi liseydə oxuyur.
    Səbuhi müəllimə xəbər veriləndə ki, əməyi “Fədai” mükafatı ilə qiymətləndirilib, həyəcanını gizlədə bilməyib, məsuliyyəti birəon artıb. Axı, bu, adi mükafat deyil. Onun əməyinə, çəkdiyi zəhmətə veril-miş yüksək və dəyərli qiymətdir. Səbuhi müəllim onun zəhmətini qiymətləndirən hər kəsə öz minnətdarlığını bildirir.
    Bayram müəllim Kəlbəcər rayonuna təyinatla gəlmişdi. Coğrafiya, biologiya fənnini tədris edirdi. Onun ailəsində ilk övladı da elə Kəlbəcərdə dünyaya gəlmişdi. Adını Səbuhi qoydular. Səbuhi Susuzluq kəndində doğulsa da, onun uşaqlığı rayonumuzun Səhlabad kəndində keçdi. Atası Bayram müəllimin işi bura dəyişildiyindən ailəsi ilə birlikdə Səhlabadda yaşayası oldu. Səbuhi böyüdükcə atanın ümidləri daha da artırdı. Inanırdı ki, oğlu gələcəkdə valideynlərinə başucalığı gətirə biləcəkdi.
    Artıq ümid dolu illər arxada qalıb. Səbuhi Azərbaycan Dövlət Universitetinin fiziki tərbiyə və çağırışa hazırlıq fakültəsini bitirib. Bütün oğlanlar kimi o da Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib, zabit rütbəsi ilə doğma kəndinə qayıdıb, təhsil aldığı Səhlabad kənd orta məktəbində hərbi müəllim işləyir. 9 ildir ki, bu dərsi sevə-sevə tədris edir. Yuxarı sinif şagirdlərinə hərbi vətənpərvərlik hissinin aşılanmasında bacarığını əsirgəmir.
    Bu günlərdə rayon ictimaiyyətinə xəbər yayıldı ki, bir qrup şəxsə “Fədai” mükafatı təqdim olunub. Onlardan biri də Səbuhi müəllimdir. Biz də Səbuhi müəllimlə görüşdük. Həm təltif olunması münasibətilə onu təbrik etdik, həm də gördüyü işlərlə maraqlandıq.
    Bildirdi ki, orta məktəblərin X-XI siniflərində həftədə 2 saat hərbi dərs keçirilir. Çalışır ki, bu müddətdə şagirdlər həm fiziki hazırlığa, həm də hərbi elmi biliyə nail olsunlar. Hərbi hazırlıq kabinəsində müasir texnika, avtomat və sursatlar haqqında məlumat verməkdə çətinlik çəkəndə, hərbi hissələrə üz tutur. “Açıq qapı” günlərində şagirdlərə hərbi avadanlıqlardan istifadə qaydalarını böyük həvəslə mənimsətməyə çalışır. Hərbi idman oyunlarında şagirdlərin iştirakını təmin edir. Ona görə də məktəb “Cəsurlar” və “Şahin” hərbi oyunlarının yarışlarında fərqlənənlərdən olub, fəxri fərmana layiq görülüb. Səbuhi müəllimin zəhmətinin nəticəsidir ki, məktəbin şagirdlərindən İsmayıl Kərimli C.Naxçıvanski adına hərbi liseydə oxuyur.
    Səbuhi müəllimə xəbər veriləndə ki, əməyi “Fədai” mükafatı ilə qiymətləndirilib, həyəcanını gizlədə bilməyib, məsuliyyəti birə-on artıb. Axı, bu, adi mükafat deyil. Onun əməyinə, çəkdiyi zəhmətə verilmiş yüksək və dəyərli qiymətdir. Səbuhi müəllim onun zəhmətini qiymətləndirən hər kəsə öz minnətdarlığını bildirir.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 11:09

    Teqlər:

İsmarıclar bağlıdır.