QONAQLARI ÜRƏKAÇIQLIĞI İLƏ GÖZLƏYİRİK
Azərbaycanın dünyanın müxtəlif yerlərindən qonaq gözlədiyi bu günlər hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Vəzifə isə aydındır – “yaşıl dünya” naminə birləşmək, ekologiyamızı saflaşdırmaq.
Tərtərlilər də bu günlər hamılıqla rayonumuzun yaşıl örtüyünün daha da artırılması ilə məşğuldurlar. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə hər gün magistral yolların kənarlarında minlərlə bəzək və meyvə ağacları əkilir. Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İƏD üzrə nümayəndəliklərin, Kommunal Təsərrüfatı İdarəsinin, “DOST” MMC-nin işçiləri fəal iştirak edirlər. İndiyədək Bərdə-Ağdam magistral avtomobil yolu keçən Poladlı, Azadqaraqoyunlu və digər kəndlərin ərazilərində çox sayda ağac əkilmişdir.
Əsmər YUSİFLİ,
Tərtər şəhər sakini