Yolayrıcında işıqforlar quraşdırılıb
Tərtər-Hindarx avtomobil yolunun 5-ci kilometrində, Ələsgərli və Düyərli kəndlərinin yolayrıcında işıqfor olmadığına görə, vətəndaşlar piyada zolağı ilə yolu təhlükəsiz keçə bilmir və burada tez-tez avtomobil qəzaları baş verirdi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Düyərli və Ələsgərli kəndlərində keçirdiyi səyyar qəbul-görüşləri zamanı sakinlər bu məsələnin həllində köməklik göstərməsini rayon rəhbərindən xahiş ediblər.
Bununla bağlı rayon icra hakimiyyətinin başçısı tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi müraciət ünvanlanmış, problemin həlli ilə bağlı məsələ qaldırılmışdır.
Hazırda problem həllini tapıb, yolayrıclarında işıqforlar quraşdırılıb.
Məhəmməd ŞİRİNOV,
Ələsgərli kəndinin sakini