Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,456
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Noy

    Sentyabrın 20-də xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycanın Suverenliyi Gününü qeyd etdi. İndi isə Zəfər tariximizi bayram edirik.
    Dövlət başçısının dediyi kimi, biz bu günlərə addım-addım yaxınlaşırdıq. Hamının ümid dolu gözləri Ali Baş Komandana dikilmişdi. Prezident yürütdüyü xarici və daxili siyasətlə səbrlə, inamla bizləri qələbəyə doğru aparırdı. Gecə-gündüz döyüş hazırlığını artıran əsgər və zabit də, ölkənin iqtisadi, elmi potensialını yüksəldən sadə vətəndaşlar da inanırdılar ki, vaxt gələcək və bu xalq bir yumruq kimi birləşərək torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qalxacaq.
    Mənim övladım Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı təcrübəli zabiti idi. Bu səviyyəyə çatmaq üçün o, böyük, çətin və şərəfli bir yol keçmişdi. Fitri istedadı, çalışqanlığı, qarşısına qoyduğu məqsədə çatmaq üçün göstərdiyi inadkarlığı sayəsində gənc yaşlarında bir neçə ömrə sığa bilməyəcək qədər işlərə imza atmışdı. Topladığı təcrübə əsasında kəşfiyyata aid kitab yazmaq istəyirdi. Anar özünü qisas gününə hazırlayırdı. Bu məqam yetişdikdə Naxçıvandaydı. Komandanlığa müraciət edərək könüllü olaraq döyüşlərə qatıldı. Onun keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar qürurumuz, gənc nəsil üçün isə örnəkdir.
    Övlad itkisi nə qədər ağırdırsa, işğaldan azad edilən torpaqlara həyatın yenidən qayıtması bir o qədər sevinclidir. Bu sevinci bizə bəxş edən bütün oğullarımıza əbədi borcluyuq!
    Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.

    Vaqif Əliyev,
    Vətən müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant
    Anar Əliyevin atası

    Müəllif: Redaktor, 11:17

İsmarıclar bağlıdır.