8 Noyabr – Zəfər Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hacallı kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili Sarıyev İntiqam İlham oğlunun ailəsini ziyarət edib, onun səhhəti, qayğıları ilə maraqlanıb və yeni tikdirdiyi fərdi yaşayış evinə baxış keçirərək, xeyir-dua verib.
Rayon rəhbəri Şanlı Azərbaycan Ordusunun əsgəri kimi torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi igidliyə görə ona təşəkkürünü bildirib.
Görüş zamanı qazimiz Vətən müharibəsində keçdiyi döyüş yolundan və aparılan uğurlu əməliyyatlarda iştirakından danışıb.
Qeyd edək ki, Vətən müharibəsi qazisi İntiqam Sarıyev Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib və yaralanıb.
Torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə o, respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
İntiqamın atası İlham Sarıyev də Birinci Qarabağ müharibəsi qazisi olub, dünyasını dəyişib.
İcra başçısı ulu Tanrıdan bütün şəhidlərimizə və dünyasını dəyişmiş qazilərə rəhmət diləyib.