Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,456
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Noy

    Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Mustafayev Möhübbət Qənimət oğlu Tərtər rayonunda dəfn edilib.
    Şəhidin qarşılanma mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq mühafizə orqanlarının rəhbərləri, dövlət qulluqçuları, şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, idarə, müəssisə və təşkilatlarının kollektivləri, İctimai Birlik rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçıləri, KİV-nin nümayəndələri, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
    Şəhidlər Abidə-Kompleksində şəhidlə vida mərasimi keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub.
    Vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyiblər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadətdən danışaraq, qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar.
    Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Seydimli kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı yaylım atəşi açılıb.
    Mustafayev Möhübbət Qənimət oğlu 11 mart 1974-cü il tarixdə Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub, 27 mart 1993-cü il tarixdə –19 yaşında Kəlbəcər rayonunun Bağırsaq kəndində gedən döyüşlərdə itkin düşüb.
    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 12:24

İsmarıclar bağlıdır.