Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    könülBu günlərdə mənim yaxın tanışım, həkim, onun iş yerində olan hadisəni danışdı. Xəstəxanaya kasıb geyinmiş və pis görkəmdə olan yaşlı bir qadın gəldi və həkimin həmkarlarından çoxu, Hippokrat andını unudaraq, heç ona fikir də vermədilər. Həkim , ən əvvəl insan, yaxınlaşaraq xəstənin nədən şikayət etdiyini soruşdu. Xəstə nənə ağrılarından şikayətlənməyə başladı. Həkim məsləhətlər verdi, dərman yazdı, nənə ona pul uzatdı, ancaq həkim götürmədi. Dedi ki, bu pula özünüzə dərman alarsınız.Yəqin tə-sadüfən deyilməyib ki, alim olmaq asandır, insan olmaq yox. Hamı bununla razılaşıb, amma… İndi insan amilini unudublar. Müxtəlif dinlərdə heç kim insanların belə iki düşərgəyə bölünməsini təqdir etmir. Ancaq artıq dünyamız istehlakçılara və istehsalçılara bölünüb, birincilər öz təyininə görə kasıbdırlar. Biz elə zəmanədə yaşayırıq ki,insandan öz çirkin məqsədləri naminə istifadə etmək normaldır. Bu, xəstəxana da ola bilər, digər müəssisədə də. Biz bir-birimizə qarşı daha laqeyd, aqressiv olmuşuq. Hamı həmişə harasa tələsir. Heç kimin digəri ilə işi yoxdur. Quranda yazılıb ki, pulu əlinizdə saxlamayın, yığmayın, ehtiyacı olanlara kömək edin.
    Ancaq çoxları Allahdan da, Qurandan da uzaqdırlar. İnsanların əksəriyyəti heç bilmir kl, bu müqəddəs kitab nədir və onun təyinatı nədir. Axı, namaz qılmaq, oruc tutmaq, hicab geyinmək, dua etmək hələ o demək deyil ki, siz mömin bəndə, yaxşı insanlarsınız. Elementar qaygı, insanın gülümsəməsi, xeyirxah sifəti çox qiymətlidir. Hamının öz problemləri, qayğıları olur, ancaq bunlar hamısı müvəqqətidir, hər şey keçir və yaralar sağalır. İstəyirsiniz gündə beş dəfə namaz qılın, bu, sizin insanlara, cəmiyyətə olan münasibətinizi dəyişməyə, daha xeyirxah olmağa kömək etməyəcək. İnsan daxildən sağlam, gözəl olmalıdır. Onda hərəkətləri də düzgün olacaq.

    Könül Quliyeva

    Müəllif: Redaktor, 12:00

    Teqlər:

İsmarıclar bağlıdır.