Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    Azərbaycan – qayalarda bitən bir çiçək,
    Azərbaycan – çiçəklərin içində qaya.
    Mənim könlüm bu torpağı vəsf eyləyərək,
    Azərbaycan dünyasından baxar dünyaya.
    ***
    Azərbaycan – mayəsi nur , qayəsi nur ki,
    Hər daşından alov dilli ox ola bilər.
    Azərbaycan deyiləndə ayağa dur ki,
    Fizulinin ürəyinə toxuna bilər.
    ***
    Oğulları Kür gəzdirər biləklərində,
    Oğulların göz atəşi gözəl əridir.
    Azərbaycan səhərinin bəbəklərində
    Qütb ulduzu , Dan ulduzu gözəlləridir.
    ***
    Tariximə qara xətlə hicri, miladi
    Qılıncların qan ağzıyla yazılmadımı?!
    Babaların boz çöllərə bənzər muradı
    Qızıl bayraq dalğasından yaz almadımı?!
    ***
    İllər olub – kürələrdə dəmir olmuşuq,
    Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
    Od gölündə, buz gölündə gəmi olmuşuq,
    Biz Bakının ilk səadət carçılarıyıq.
    ***
    Min illərlə zülmətlərə yollar açıqdı,
    Dalğalandı Sabirlərin ümman dünyası.
    Azərbaycan qatarı da yollara çıxdı,
    Dağılanda qoca Şərqin duman dünyası.
    ***
    Azərbaycan–mayası nur, qayəsi nur ki,
    Hər daşından alov dilli ox ola bilər.
    Azərbaycan deyiləndə ayağa dur ki,
    Ana yurdun ürəyinə toxuna bilər !!!

    Müəllif: Redaktor, 13:11

    Teqlər:

İsmarıclar bağlıdır.