Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    “ŞEYTAN BARMAĞI”

    terrorismTalibanSuper güclər, ələlxüsus ABŞ bu dünyanın başına istədiyi oyunu açır. Şeytanın barmağı kimi hər yerdə, hər işdə ortadan çıxır. Elə buna görə də görün bu dünyamız hazırda nə gündədir?! İqtisadi böhran, müharibələr, qan-qada, qırğın, aclıq, səfalət və bunların nəticəsində yaranmış qaçqın axını, miqrant problemi… Avropa boyda bir qitə bu problemlərin əlində aciz qalıb.
    Bir yandan da neftin qiymətinin bir ildə 4 dəfə ucuzlaşması. Bu, iqtisadidən çox siyasi oyundur. Yenə şeytan barmağı.
    Bilirsiniz, yeni dünya düzənində, yəni qloballaşan dünyada (buna “Amerkalaşan dünya” da demək olar) milli-mənəvi dəyərlərin müqəddəsliyini qoruyub saxlamaq o qədər də asan məsələ deyil. İllah da bəzi gənclərimizin “korroziyaya” daha tez uğraması mental dəyərlərə ciddi zərbələr vurmaqdadır. Bir tərəfdən də Amerikanın diktəsi.
    Yaxın Şərqi müharibələr bürüyüb. Müsəlman müsəlmanı doğrayır, didir, tökür, qanını içir. Müsəlman qardaşlar biri-birini qanına qəltan edəndə hər ikisi: “Allahu- Əkbər!”– deyə, qışqı-rır. Daha bunun harası “Allahu-Əkbər!” oldu ki? Burada yenə kənar barmaq var. Din qardaşlarımız isə bunun fərqinə varmırlar. Düşünmürlər ki, axı, bir olan Allah, səmavi kitabımız Qurani-Kərim nəinki müsəlmanın müsəlmanı, hətta adi bir canlını öldürmnəyi qadağan edir. Yenə də məsələ gəlib çıxır “şeytan barmağı”na.
    devilBelə çıxır ki, ABŞ nə desə, hamı bir ağızdan: “ Bəçeşm, ağayı can! ”–deməlidir. Yəni ordan fərmayiş gəlsə ki, qatıq qaradır, kömür ağdır hamı: “Ləbbey”– deyib, təsdiqləməlidir. Yoxsa ölkəsini çaxnaşmalar, münaqi-şələr, etirazlar və nəticədə qanlı döyüşlər bürüyəcək. Allah, sən saxla!!!
    Şəxsən Azərbaycan “bəçeşm” deyən ölkələrdən deyil. Çünki o, suveren, müstəqil və hüquqi bir dövlətdir, özünün balanslaşdırılmış xarici və daxili siyasəti var və bu yolla irəliləyərək, öz dövlətini daha da möhkəmləndirmək, xalqının firəvan həyatını təmin etmək istəyir. Və ən əsası odur ki, onun İlham Əliyev kimi mətin, iradəli və düşünülmüş siyasət aparan ağıllı lideri var. Biz heç kimin diktəsi ilə hərəkət edən deyilik! Baxmayaraq ki, bizim Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon boyda böyük dərdimiz və uzun illər həllini gözləyən ağır problemimiz var. Bu ağıllı məsələni biz bəlkə də çoxdan həll edə bilərdik. Lakin ermənilərin təsiri altına düşən bəzi dairələr, o cümlədən ATƏT-in həmsədr ölkələri buna imkan vermirlər. Yəni ikili standartlar müstəvisində tərəfgirlərin riyakarlığı hələ ki, öz tragikomik rolunu oynayır.
    OPEK, o cümlədən ABŞ neftin qiymətini qəsdən ucuzlaşdırmaqla öz ölkələrinə siyasi dividentlər qazanmaqla dünya dövlətlərinə, ələlxüsus, Rusiyaya təsir rıçaqlarını daha da gücləndirmək istəyirlər. Müsəlman ölkələrində baş verən terror aktları da, müharibələr də, bir sözlə, bütün qabarmalar, enmələr məhz bu niyyətdən xəbər verir.
    Hörmətli Prezidentimiz İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda özünəməxsus yumorla alqışlarla qarşılanan bir həqiqəti söylədi. “Nə vaxt OPEK bir yerə yığışırsa, neftin qiyməti aşağı düşür”. Bu o deməkdir ki, əsas neft ixracatçıları olan ölkələr bir yerə yığışanda neftin qiymətini nizama salmaq əvəzinə, müəyyən məqsədlərlə onun dəyərini qəsdən aşağı salırlar. Bu, onların ziyanına olsa da.
    Əlbəttə, dünyada baş verən proseslər Azərbaycandan da yan ötmür. Çünki biz də bu dünyanın bir canlı parçasıyıq.
    ABŞ-da dolların məzənnəsinin 0,25 faiz möhkəmləndirilməsi haqqında qəbul olunmuş qərarla bahəm neftin qiymətinin ciddi şəkildə aşağı salınması bir çox ölkələrin – Çin, Rusiya, Qazaxıstan və s., o cümlədən Azərbaycanın milli valyutalarının məzənnələrini devalvasiyaya uğratdı. Dövlət rəhbərimizin təbirincə desək, bizim ayrı çıxış yolumuz yox idi, buna məcbur idik. Respublikanın Mərkəzi Bankı öz valyuta ehtiyatlarından xeyli vəsait xərcləsə də, manatın dollar qarşısında sabitliyini qorumaq mümkün olmadı.
    Bundan istifadə edən işbazlar, dəllallar və fırıldaqçılar o dəqiqə süni qiymət artımı yaratdılar, əhali arasında ajiotaja səbəb oldular. Bu süni bahalaşmanı törədənlər, əlbəttə, öz mənafelərini dövlətin və xalqın mənafelərindən üstün tutan, insan həyatının fəlsəfəsini pulda, var-dövlətdə görən bir qrup manqurt ünsürlərdir. Onların bəzilərinin əməlləri ölkə rəhbərinin kəskin mövqeyi nəticəsində cəzasız qalmadı – həbs olundular, işdən uzaqlaşdırıldılar və s.
    İndi də yenə girəvədən istifadə edən bəzi işbazlar var və bu, daha çox özünü dərman bazarında, apteklərdə büruzə verir. Yenə eyni dərmanların müxtəlif və həddindən çox baha qiymətləri, yenə utanmaq və qızarmaq bilməyən sifətlər, yenə süni qiymət artımı…
    Şübhəsiz, bunların da qarşısı tezliklə alınacaq. Amma, adam az qalır ki, burada da şeytanın barmağı olduğu gümanına düşsün.
    Mərkəzi Bank hər gün Azərbaycan manatı ilə müqayisədə xarici valyutaların məzənnəsini elan edir. Gedin görün, yerli bank filliallarında həmin məzənnə ilə xarici valyuta tapa bilərsinizmi? Bəs buna kimlər səbəb olur? Beləliklə, “qara bazara” rəvac verilir və orada da hər kəs öz bildiyini edir.
    Bu naqisliklərin bir çoxunun kökündə yenə dünyada baş alıb gedən və qarşısının alınması hələ mümkün görünməyən qlobal iqtisadi böhran durur. Bu böhranın yaranmasına səbəb olan yenə “ Şeytan barmağı”dır.
    Rəvayət. Bir kəndli öküz qoşulmuş xışla yer şumlayırmış. Şeytan isə öz balasıynan uzaqdan keçirmiş. Öküz qəfildən təpik atmağa, böyürməyə, özünü sağa-sola çırpmağa başlayır. Kəndli nə qədər çalışır, heyvanı sakitləşdirə bilmir. Axırda əsəbləşib: “Lənət sənə, şeytan!”– deyir.
    Balası şeytandan soruşur:
    Biz onlardan xeyli uzaqdan yol keçirik. Nəyə görə o kişi sənə lənət oxudu?
    Şeytan deyir:
    – Biz onlardan uzaqda olsaq da, mənim barmağım o öküzün quyruğunun altındadır.
    Təkcə iqtisadi böhran olsa, nə var ki? Azərbaycanın belə təlatümlərdən çıxmağa həm iqtisadi qüdrəti, həm güclü potensialı və ən əsası müdrik dövlət rəhbəri var. Lakin Nardaran hadisələri kimi dini və siyasi zəmində baş verən məqsədli çaxnaşmalar, qarayaxmalar, nankorluqlar da bir tərəfdən müstəqil ölkəmizə yönəlmiş məkrli və çirkin əməllərdən də xali deyilik. Həmin hadisələri törədənlərin ermənilərdən bir fərqi varmı ki? Ermənilər də dinc insanların ölümünə bais olur, onlar da, ermənilər də Azərbaycanı istəmir, onlar da. Belə hadisələrdə də “Şeytan barmağı” öz işini görməkdədir.
    Ağıllı adamlar tarixən Şeytan vəsvəsəsinə inanmayıblar, indi də inanmaq lazım deyil. Bunun üçün insanlarımız, ələlxüsus gənclərimiz bilməlidirlər ki, nə qədər həm xaricdən uzanan, həm də daxilimizdə “bizdən olub, bizə oxşamayan” əcinnələrin “Şeytan barmaqları” ölkəmizin müstəqilliyinə yö-nəlib, burada ictimai-siyasi sabitliyi, multikultural dəyərləri və tolerantlığı parçalamağa çalışır, ayıq-sayıq olmalıyıq, onlara dərhal adekvat cavablar verməliyik. Bu, bizim azərbaycanlılıq məfkurəmizin, tarixi milli-mənəvi dəyərimizin, Vətənimizin, Torpağımızın qarşısında müqəddəs borcumuzdur, namusumuzun, qeyrətimizin paklığının və qorunmasının əsas şərtlərindən biridir.

    Tofiq Yusif

    Müəllif: Redaktor, 14:52

    Teqlər:

İsmarıclar bağlıdır.