Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Fev

    yaddaşYaş, stres, qayğılar yaddaşın da pozulmasına yol açan səbəblərdən biridir. Amma bunun qar-şısını almaq üçün asan vasitələr var.
    İspanaq-B qrupu vitaminlər və fol turşusu, E vitamini ilə zəngindir. Beyin hüceyrələrini sərbəst radikallardan qoruyur.
    Balıq – Omega 3 beyin funksiyalarının işləməsində önəmli rola sahibdir. Qoz və kətan toxumu da yaxşı Omega-3 qaynağıdır.Depresiya, qavrama problemi, diqqət əksikliyi yaradır.
    Qara şokolad – beyin reflekslərini fəallaşdırır. Qara şokolad güclü antioksidantdır. Diqqət toplamaq və konsantrasiyanı artırır.
    Böyürtkən, çiyələk  beyini sərbəst radikallardan qoruyur. Qırmızı üzüm, kivi, portağal və alma  beynin funksiyalarını gücləndirir. Süd məhsulları mükəmməl protein qaynağıdır. Bədəndə sabit enerji mənbəyidir. Gün ərzində yaddaşın yaxşı işləməsini təmin edir. Yumurta – yaddaş üçün çox vacib olan A , D , B12 , B qrupu vitaminlər ilə boldur. Tərkibində beyindən siqnal alıb göndərmək üçün gərəkli olan tirozin var. Bədənin oyaq qalmasına kömək edir. Qara düyü, qara çörək, yulafın tərkibində B6, B12 və fol turşusu var. Yaddaşı qorumaq, diqqəti artırmaq, beynə qan dövranını təmin etmək üçün gərəklidir.
    Qabaq və günəbaxan tumu – yuxusuzluq, depressiya kimi problemlərdə rahatlaşmağa kömək edir.
    Qırmızı kələm beyində hüceyrələrə zərərin təsirini azaldır. Yaddaşı canlandırmaq üçün gərəkli maddələrlə boldur. Tərkibindəki fisetin alzeymr xəstəliyinin müalicəsində faydalıdır.
    Brokoli – K vitamini qaynağıdır. Beyin gücünü artırmağa kömək edir.
    Fıstıq əzməsi diqqətin cəmlənməsi üçün vacib olan B6 vitamini ilə zəngindir. Susuzluq beynin kortizol adlı hormonu yaratmasına səbəb olur. Bu hormon beynin məlumat toplama qisminin kiçilməsi və yaddaşın azalmasına səbəb olur.

    Müəllif: Redaktor, 14:49

    Teqlər:

İsmarıclar bağlıdır.