Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Fev

     

    deriyə qulluqDəri baxımında onlarla kimyəvi maddələrdən istifadəyə son qoyun. Təbiətdə bizlər üçün bu qədər yararlı bitkilər və meyvələr var ikən seçiminiz təbiətdən yana olsun. Bitki yağları və bu təbii tərkibləri ilk dəfə istifadə edirsinizsə allergiya riskinə qarşı bədəninizin kiçik bir hissəsində test edin.
    –Saçlarınızı hər gün yumaq məsləhət deyil. İmkan verin saçınız öz yağı ilə bəslənsin.
    –Saçlarınız kimi üz dərinizin də öz yağı ilə bəslənməyə ehtiyacı vardır. Tətil günlərinizdə makiyajdan istifadə etməyin.
    –Qəhvə əzməsindən üzünüzə maska kimi istifadə edə bilərsiz. 2-3 istifadədən sonra dərinizin necə canlandığını və parlaqlaşdığını görəcəksiniz. Bitki yağları dəriniz üçün tam bir möcüzə qaynağıdır.
    – Gül yağı bütün dərilər üçün uyğundur. Dəri təmizləyici və yumşaldıcı təsiri var.
    –Zeytun yağı dərini bəsləməklə yanaşı ona parlaqlıq da verir
    – Çobanyastığı yağının dəri üçün müalicəvi effekti var. Eyni zamanda dəriyə yum-şaldıcı təsir edir.
    –Eyni zamanda bitki çaylarının da dərimizə danılmaz təsiri var. Adaçayı və Nanə çayı dəridə əmələ gələn “pullanma”(quruluq) və dəri ləkələrinə təsir edir. Nanə çayı bədəni toksinlərdən təmizləyərkən eyni zamanda dəridəki çat-ların yox olmağına da kömək edir ir.
    –Bitki çayları və yağlarından əlavə meyvələr də dərimiz üçün unikal təsir vasitələridir. Bananın içində maqnezium olduğu üçün qan dövranını surətləndirir, bu da daha canlı görünən dəri anlamına gəlir.
    –Çiyələk dərini nəmləndirir, təzələyir və gözəllik verir.
    – Ən önəmlisi gülümsəyin. Gülmək sizə və dərinizə çox gözəl təsir edəcək.

     

    Müəllif: Redaktor, 14:54

    Teqlər:

İsmarıclar bağlıdır.