Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Fev

    BİZİ ƏHATƏ EDƏN ƏTRAF

    bizi əhatə edən ətrafBizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün…
    Hərdən gərginlikdən ətrafımıza nəzər salmırıq. Amma adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insana gözəl duyğular aşılayır.
    Ana qayğısıyla yanaşır insanlara… Məhz ona görə təbiətə “Ana təbiət” də deyirik bəzən… Övladları- 4 fəslin heç biri arasında ayrıseçkilik salmayaraq hər birinə özünəməxsus gözəlliklər bəxş edir…

    Ana borcu ödənməz… Heç nəylə qaytarılmaz… Bəs biz nə edirik? Onu incidirik, bizdən heç bir təmənnası olmayan gözəl təbiətimizə qarşılıq budurmu?
    Havamızı zəhərləyirik müxtəlif kimyəvi tullantılarla… Öz mənafeyimiz, şəxsi mənfəətimiz üçün…
    Dənizimizi çirkləndiririk bilə-bilə müxtəlif əşyalar atırıq, əlimizdəki lazımsız zibilləri fəxrlə dənizə tullayırıq… düşünmürük ki, o bizə bayaqdan fikrimizi toplamaqda, problemlərdən xilas olmaqda kömək etmişdi… Sirdaş olmuşdu göz yaşlarımıza… Bəlkə bir də haçansa ehtiyacımız olacaq dənizə… O zaman nə üzlə gələcəyik onun görüşünə???
    Ağacları kəsirik, bununla nəfəsimizi də kəsmiş oluruq… Bir xəstənin ciyərlərinə gedən oksigen borusunu kəsmək kimi bir şey deyilmi bu? Özü də bir yox, bütün cəmiyyətin nəfəsini… Görəsən niyə? Halbuki o ağaclar bizə nə qədər lazımdır… Xüsusilə də indi…
    Axı elə şeylər var ki, bu, öz əlimizdədir… Niyə axı biz insanlar bunu anlamırıq? Anlayırıq, amma fərqinə varmırıq… Bu məsələnin ciddiyətinə varmırıq…
    Ondan çox şey umuruq… Amma özümüz nə etmişik onun bizə verdiklərinin qarşılığında? Bunu düşündükmü??? Dili yoxdur, danışa bilmir, ifadə edə bilmir, amma bu lal sükutu ilə hönkürür sanki… “Mən necə idim, siz necə etdiz?”- deyir. Amma yenə də qisas almır bizdən, əksinə “yamanlığa yaxşılıq” deyib öz sədaqətini nüma-yiş etdirir illərdir…
    Axı o “Ana Təbiət”dir… Bütün pisliklərdən uzaq, təbiətimizdir, bizim… sərvətimiz…

    Müəllif: Redaktor, 15:06

    Teqlər:

İsmarıclar bağlıdır.