Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01Mar

    IMG-20160112-WA0000-11Vətənpərvərlik sevgisi insanda kiçik yaşlarından başlayır. Ananın verdiyi tərbiyə ilə uşaq ailəyə, yaşadığı evə, kəndə, şəhərə bağlanır. Böyüdükcə bu istək daha da, formalaşır. Məktəbdə illərdə, kollektivdə çalışdığı anlarda artıq vətən, torpaq sevgisinə çevrilir.
    Fuad Əmirli 1996-cı ildə Sarov kəndində anadan olub. İlk təhsilini boya-başa çatdığı Sarov tam orta məktəbində, sonra isə Tərtər texniki peşə məktəbində alıb. Çilingər ixtisasına yiyələnib. O da başqa gənclərimiz kimi ailəsini, doğma kəndini ürəkdən sevir. 2014-cü ilin əvvəlində hərbi çağırış yaşı çatmış həmyaşıdları kimi əsgəri xidmətə yollandı. Xidmət müddətində mətinləşdi, hərbi texnikanın sirlərinə yiyələndi, vətənin gərəkli oğluna çevrildi. Bu günlərdə Fuadın ailəsində bir sevinc yaşandı. O, hərbi xidmətini layiqincə başa çatdırıb evlərinə döndü. Anası Könül xanımın sevincinin həddi-hüdudu yoxdur. “Dünən uşaq kimi yola saldığım balam bu gün kişi kimi qayıdıb evimizə”-deyir.
    Hərbi xidmət sənə nə öyrətdi? – sualına Fuad özü belə cavab verdi:
    –İlk öncə çətinliyə dözməyi, vətənin hər qarışını sevməyi, onu göz bəbəyi kimi qorumağı öyrətdi. Bizim bölgəmiz döyüş bölgəsidir. Ona görə texnikadan, silahlardan istifadəni öyrəndim. Ümumiyyətlə, əsgərlikdə xidmət etmək kişilik, ərlik məktəbidir.
    Fuadın qarşısında indi daha böyük işlər durur. Bu gündən sonra o çalışmalıdır ki, öz işi, zəhməti ilə doğma elinin- obasının sevimlisinə çevrilsin. Bu, onun vətəndaşlıq borcudur. Məqsədi yenidən orduya qayıdıb vətən torpaqlarının müdafiəsi və toxunulmazlığı üçün çalışmaqdır. İşğal olunmuş torpaqlarımızın geri qaytarılması hər bir azərbaycanlının müqəddəs vəzifəsidir. Əsirlikdə inləyən torpaqlarımız mərd və cəsur övladlarının yolunu gözləyir. Məqsədinə çatmaqda sənə uğurlar arzulayırıq, Fuad balam.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:24

    Teqlər:

İsmarıclar bağlıdır.