Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01Mar

    SuliddinSuliddin Bəhmən oğlu Yusibov 1964-cü il fevral ayının 1-də Tərtər rayonunun Səhlabad kəndində anadan olmuşdur.  Orta təhsilini Səhlabad kənd orta məktəbində almışdır.
    1982-ci ildən 1984-cü ilə kimi Sovet Ordusu Sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra iki il Mirbəşir Narcılıq Sovxozunda fəhlə işləmiş, 1986-cı ildən 1987-ci ilə kimi Bərdə rayonundakı texniki peşə məktəbində təhsil almış, avtoçilingər peşəsinə yeyələnmişdir.
    1988-ci ildən Mingəcevir şəhərindəki 6 saylı Tikinti-Quraşdırma İdərəsində sürücü işləmişdir. 1990-cı ildə rayonumuza qayıdaraq burada fəaliyyət göstərən özünümüdafiə batalyonuna yazılmışdır.  1992-ci ildən 703 saylı hərbi hissənin 5-ci batalyonunun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
    Ağdərə rayonunun ərazisində, Marağa, Marquşevan, Sərsəng Su Anbarı, “Turbaza”, “Ayı heykəli”, Drambon, Çıldıran və Qızılqaya uğrunda gedən qanlı döyüşlərdə ön cərgələrdə olmuşdur.
    1993-cü il fevral ayının 26-da “Platina”nın alınmasında xeyli erməni canlı qüvvəsini məhv edərək ağır yaralanmışdır.
    1993-cü ilin may ayında II qrup Qarabağ Müharibəsi əlili statusu almasına baxmayaraq, 1994-cü ildə təkrarən “Tərtər- 2” batalyonuna daxil olaraq yenə də döyüşmüşdür.
    1994-cü ilin may ayında aldığı güllə yarasından səhhəti pisləşmiş və yenidən qospitala göndərilmişdir. Bundan sonra daha Suliddin Yusibova vuruşmağa icazə verməmişlər.
    1997-ci ildən 2001-ci ilə kimi Tərtər Rayon Qarabağ Əlilləri Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.
    2005-ci ildən Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər Rayon Şöbəsinin sədri vəzifəsində işləyir.
    Ailəlidir, 1 oğlu, 2 qızı var.
    Hal-hazırda Tərtər şəhərində yaşayır.

    Müəllif: Redaktor, 09:34

    Teqlər:

İsmarıclar bağlıdır.