Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01Mar

    nizamiNizami Firudun oğlu Heydərov 1956-cı il aprel ayının 5-də Bərdə rayonunun Kətəlparaq kəndində anadan olub.
    1972-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Gəncə İnşaat Texnikumuna daxil olmuşdur.
    1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra qayıdıb yenidən təhsilini davam etdirmişdir. Sonra istehsalatda çalışmışdır. Daha sonra gizir rütbəsilə hərbi təlim toplantılarına cəlb olunmuşdur, desant ordusunda təlim keçmişdir.1992-ci ildə “Qurtuluş” batalyonunun tərkibində doğma yurdumuzun müdafiəsinə qalxmışdır. Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Marquşevan, Marağa, Həsənqaya, Çaylı, Ağdərə, Koçakod kəndləri uğrunda gedən döyüşlərdə igidliklər göstərmişdir.
    1992-ci ilin sentyabr ayından “Tərtər” özünümüdafiə batalyonuna ərzaq xidməti rəisi təyin olunmuşdur. 1993-cü ilin yanvar ayından batalyon komandirinin döyüş işləri üzrə müavini vəzifəsini daşımış, Milli Qəhrəman Elman Hüseynov həlak olduqdan sonra isə onun yerinə batalyonun komandiri təyin edilmişdir.
    O vaxtlar Elman Hüseynovun qəhrəmancasına həlak olduğu “Qanlı təpə” deyilən ərazidə batalyonun 13 döyüşçüsünün meyidi qalmışdı. Nizami 100 nəfər döyüşçü ilə hücuma keçərək 2 aydan artıq müddət ərzində götürülə bilməyən döyüş dostlarının meyidlərini də götürmüş, üstəlik “Qanlı təpə”ni də almışdılar. Bu döyüşdə onlar düşmənin xeyli hərbi sursatını və silahını ələ keçirmişdilər.
    Nizamiyə Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucov və Elman Hüseynovla çiyin-çiyinə döyüşmək çox şey öyrətmişdi. O, Vətən uğrunda müqəddəs və həm də ağır döyüş yolları keçmişdir.
    “Qlobus” yüksəkliyi uğrunda gedən vuruşmalarda Nizami Heydərov döyüşçü dostları ilə birlikdə şücaətlər göstərmiş, aprelin 2-də həmin strateji yüksəkliyi almışlar.
    1993-cü il iyul ayının 23-də Nizami Heydərov Akopkamari uğrunda gedən döyüşlərdə ağır yaralanmış, ancaq sağalan kimi yenə cəbhəyə dönmüşdür. Səhhətinə görə onu arxa cəbhəyə göndərmişdilər.
    Nizaminin keçdiyi şərəfli döyüş yolu gənclərə bir örnək ola bilər. Onun cəbhədə göstərdiyi qəhrəmanlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və Nizami Heydərov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
    Hal-hazırda I qrup Qarabağ Müharibəsi əlilidir.
    5 övladı var.
    Tərtər şəhərində yaşayır.

    Müəllif: Redaktor, 09:39

    Teqlər:

İsmarıclar bağlıdır.