Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01Mar

    “TƏRTƏR” BATALYONUNUN   YARADICILARINDAN BİRİ

    penahPənah Ağamalı oğlu Məmmədov 1961-ci il mart ayının 13-də Tərtər rayonunun Balakəngərli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Cəmilli kənd orta məktəbini bitirərək 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunun Radiotexnika fakültəsinə daxil olmuşdur. Oxuduğu institutda hərbi kafedra olduğu üçün leytenant rütbəsi almışdır. Mülki ixtisası mühəndis-texnoloqdur, hərbi ixtisası isə taktiki və strateji raketlər üzrədir. Pənah Məmmədov 1982-1984-cü illərdə Belorusiyada hərbi xidmətdə olmuş, raketatan qurğulara rəhbərlik etmişdir. Həmin vaxt bir çox ölkələrdə hərbi təlimlərdə iştirak etmişdir. 1984-cü ildə baş leytenant rütbəsi almışdır.
    1984-cü ilin avqust ayında Qazaxıstanın Kapiyar poliqonunda 2 ədəd raket sınağını əla qiymətlə yerinə yetirərək “Fəxri Fərman” almışdır.
    1984-cü ildə ordudan tərxis olunan Pənah Məmmədov yenidən doğma rayonu Tərtərə dönmüş, baş leytenant kimi rayon hərbi komissarlığında qeydiyyata götürülmüşdür.
    Əmək fəaliyyətinə rayon elektromexanika zavodunda əvvəlcə texnoloq, sonra usta, baş usta, sex rəisi, rəqəmli aparatlar şöbəsinin rəisi, zavod direktorunun plan-istehsalat üzrə müavini işləmişdir.
    1991-ci ildə Qarabağ savaşı başlananda zavoddan ərizəsinə əsasən işdən çıxaraq “Tərtər” Özünümüdafiə Ba-talyonunun yaradılmasında iştirak etmişdir. 1991-ci ilin sentyabrında isə batalyona rəis təyin edilmişdir.
    Ağdərə istiqamətində aparılan uğurlu döyüş əməliyyatlarında 3 dəfə ağır yaralanmış, ancaq yenə də döyüşü tərk etməmişdir.
    1992-ci ilin 13 iyununda “Totpaq təpə” əməliyyatla-rında çoxsaylı qəlpə yaraları ilə ağır vəziyyətdə Tərtər Rayon Mərkəzi Xəstəxanasına, sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Ağdərənin yenidən ermənilər tərəfindən hücuma məruz qaldığı vaxtda xəstəxanadan birbaşa döyüşə getmişdir.
    1993-cü il yanvarın 7-də Ağdərədə ağır yaralanaraq 2 saylı Hərbi Səhra Qospitalında müalcə olunmuşdur.
    1993-cü ilin mart ayında “Qlobus” və Sərsəng Su Anbarı ətrafında gedən döyüşlərdə fərqləndiyinə görə növbədənkənar mayor rütbəsi almışdır.
    1994-cü ildən isə Pənah Məmmədov Tərtər rayon hərbi komissarı təyin olunmuş və 2003-cü il may ayının 1-nə qədər bu vəzifədə işləmişdir. Həmin vaxtdan bu günə kimi isə Mingəcevir Şəhər Hərbi Komissarlığında 3-cü Bölmənin rəisi işləyir.
    Pənah Məmmədov xidmət etdiyi müddətdə “10 illik yubiley”, “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunmuşdur.
    Ailəlidir, Dilsuz və Pərviz adlı iki oğlu, Pünhanə adlı bir qızı var.

    Müəllif: Redaktor, 09:48

    Teqlər:

İsmarıclar bağlıdır.