Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    IMG_20160224_234529Şəhər 6 saylı tam orta məktəbində də Xocalı soyqırımının 24 illiyi münasibəti ilə tədbir keçirilib. Məktəbin direktor müavini Zülfiyyə Abdullayeva tədbiri açaraq soyqırımla bağlı real faktlardan danışıb. Sonra tarix müəllimi Çimnaz Əliyeva “Xocalı qan yaddaşımızdır” mövzusunda geniş məruzə edib. Məruzədə soyqırımla birlikdə Milli Qəhrəmanlar Əlif Hacıyevin və telejurnalist Çingiz Mustafayevin misilsiz şücaətlərindən də söz açılıb.
    Məktəbin IV və VI sinif şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş kompozisiyalar göstərilib. Şagirdlərdən Lamiyə Nəcəflinin, Lalə Bayramlının, Əli Bayramlının, Ləman Musayevanın, Emil Əhmədovun, Ofelya Abdullayevanın “Haray, Xocalım, haray” , “Xocalı, ay Xocalı”, “Ana”, “Vətən” haqqında söylədikləri şeirlər iştirakçılarda kövrək hisslər doğurdu.
    Sonda erməni vandallarının törətdikləri qanlı cinayətlərə həsr olunmuş videolentlər göstərildi.

    “ Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:41

    Teqlər:

İsmarıclar bağlıdır.