Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    1394621682_1271953580_airena-wallapack-84-spring-12Baharı gözləyirəm, səssiz-səmirsiz, quşların nəğməsini eşidim, bənövşənin, nərgizin, süsənin qoxusunu duyum, bağ-bağatın otunun, ağacların çiçəyinin ətrindən ciyərimə doyunca çəkim.
    Baharı gözləyirəm, dərd-sərimizi, ağrı-acılarımızı qışın qarına-buzuna qatıb sellər-sularla axıdaraq xoş günlərə, firavanlığa, sağlamlığa çıxaq.
    Baharı gözləyirəm, ilk qaranquş dəstəsi düşmən tapdağındakı torpaqlardan, Şuşadan, Laçından, Kəlbəcərdən, Dərələyəzdən, Zəngəzurdan, Göyçədən, daha neçə-neçə həsrət qal-dığımız elatlardan müjdə gətirsin, illərin ayrılığına son qoyulsun.
    Baharı gözləyirəm, Xan qızı Natavanın, Dədə Şəmşirin, pələsəng ruhları yollardan yığılsın, dağlarımızın, bulaqlarımızın, kol-kos basmış qəbirlərimizin üstünə ağı deyə-deyə yox, həsrətdən dodağı çatlamış halda özümüzü çatdıraq.
    Baharı gözləyirəm, vətənimdə yaşayan soydaşlarımın adının üstündən qaçqın, köçkün ayamaları götürülsün, hər kəs doğulub boya-başa çatdığı obasının, elinin torpağına-daşına qovuşsun, ocağı sönmüş obalarda çağırış tonqalları çatılsın. Ərən oğullarımız köhlənlərin belində çapara dönsünlər, xalqı ağ günlərə, xoşbəxtliyə qovuşdursunlar.
    Baharı gözləyirəm, xalqımın ruzi-bərəkəti artsın, bolluq, firavanlıq insanları ehtiyacdan qurtarsın. Bu bahar azadlıq, sülh simvoluna çevrilsin.
    Səni gözləyirəm, Bahar, ay Bahar! Gəl ki, arzularımıza qovuşaq, yuxularımız çin olsun. Gəl ki, 60-cı baharımı yaşayım! Sənə şükür edə-edə. Səni gözləyirəm, Bahar!!!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:46

    Teqlər:

İsmarıclar bağlıdır.