Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    DSC_7582 (Копировать) (1)Tərtər rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına Bəyimsarov kəndi də əlavə olunub. 691 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20 min 969 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
    Çıxış edən sakinlər bayram ərəfəsində kəndlərinə təbii qazın verilməsinə, regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, cəbhə bölgəsinə göstərilən dövlət qayğısından, infrastrukturun yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışdı.
    Bildirdi ki, Tərtər şəhəri və rayonun 33 kəndi təbii qazla təmin olunub. Hazırda Seydimli, Sarov, Kəbirli, Xoruzlu, Dəmirçilər, Ağkənd, Azadqaraqoyunlu, Aşağı Qapanlı, İlxıçılar kəndlərində qazlaşma işləri davam etdirilir.
    Sonra rayon rəhbəri bir daha sakinləri kəndə qazın verilməsi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi.
    İcra başçısı ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:24

    Teqlər:

İsmarıclar bağlıdır.