Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    ATAMIN ARZULARINI YERİNƏ YETİRƏ BİLMƏDİK…

    kelbecerAtam bu ilin yanvar ayında 82 yaşında dünyasını dəyişdi. Son zamanlar yaman kövrəlmişdi. Elimizdən-obamızdan, doğma ocağımızdan gətirdiyimiz ən qiymətli əşya olan sazını əlinə götürüb, nəvə-nəticələrinə ötən günlərin şirinliyindən danışırdı.
    O deyirdi:
    –Adamın 8 övladı, 23 nəvəsi ola, onlar da kii, arzusunu yerinə yetirə bilməyə.
    Bircə istəyi vardı: Öləndə Kəlbəcər torpağına qovuşmaq. Əfsuslar olsun ki, biz nə atamın, nə də minlərlə onun kimi kəlbəcərlinin arzusunu hələ ki, yerinə yetirə bilmirik.
    Yağı düşmən yurdumuzda at oynadır, yerüstü və yeraltı sərvətlərimizi talan edir, tarixi abidələrimizi dağıdır.
    Atam Qaçay Hüseynov Kəlbəcər rayonunun Laçın kəndində doğulmuşdu. Biz 8 övladın da vətəni həmin kənddir. Ancaq nəvə və nəticələr artıq Kəlbəcəri yalnız xatirələrimizdən tanıyırlar.
    Qaçqınlıq zamanı böyük qardaşımız Muğan faciəli surətdə vəfat edəndə, atam çox sarsılmışdı. Deyirdi ki, hər ikisi çəkiləsi dərd deyil, həm vətən, həm də övlad itkisi. Muğanı öz kəndimizdə dəfn edə bilmədiyimizə görə əzab çəkirdi. Bu az imiş kimi, ömrünün sonunda yeganə qardaşını da itirdi.
    Kəlbəcər gözəl diyar, igidlər yurdu olub. Belə bir yurd heç zaman düşmənə qala bilməz. Biz kəlbəcərlilər əminik ki, Qələbə günü uzaqda deyil. Gün gələcək, biz bu rayonun işğalı tarixini deyil, torpaqlarımızın azad olunması tarixini təntənə ilə qeyd edəcəyik.

    Arif Hüseynov,
    Tərtərdə məskunlaşan
    kəlbəcərli məcburi köçkün

    Müəllif: Redaktor, 11:16

    Teqlər:

İsmarıclar bağlıdır.