Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Изображение 118(1)Изображение 138Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən maarifləndirici tur-aksiyasında Tərtər ra-yonunun məktəbliləri də iştirak ediblər.
    Məktəblilərdən ibarət qrupun Lənkəran-Lerik-Astara marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması və qarşılanması mərasimləri keçirilib.
    Heydər Əliyev Mərkəzində keçirilən mərasimlərdə Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib, onlara uğurlar arzulayıb.
    Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi tədbirlərdə qeyd olunub ki, respublikamızın bütün bölgələrini əhatə edən maarifləndirici tur-aksiyada cəbhə bölgəsində yerləşən Tərtər rayonunun məktəbliləri də iştirak etdilər. Bu ekskursiya şagirdlərin yaddaşında həmişəlik qalacaq, onların Vətənini, dövlətini sevən bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq.
    Tur-aksiyada iştirak edən şagird, müəllim və müşa-yiətçilər şəhərimizdəki Heydər Parkından yola düşüb və orada da qarşılanıblar.

    Müəllif: Redaktor, 11:22

    Teqlər:

İsmarıclar bağlıdır.