Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

    Изображение 058Изображение 077Rayonumuzun kəndlərində quruculuq-abadlıq işləri ilə yanaşı qaz çəkilişi də sürətlə davam etdirilir. Bu günlərdə – xalqımızın əziz günlərindən olan Novruz bayramı ərəfəsində iri yaşayış məntəqələrindən biri olan Sarov kəndində də qaz açılışı ilə bağlı tədbir keçirildi. Mərasimə bütün kənd camaatı toplanmışdı.
    Sarov kənd icra nümayəndəsi Ramin Quliyev məlumat verərək bildirdi ki, nümayəndəliyimizin ərazisi beş kənddən – Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərindən ibarətdir. Bunların ən böyüyü olan Sarov kəndinə qaz çəkilib. Kənddə 297 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bu gün mərasimə toplaşan insanların sevincinin həddi-hüdudu yoxdur.  Tədbirdə çıxış edən kənd ağsaqqalları Mənsim Allahverdiyev, Surxay Muradov rayon mərkəzində və eləcə də kəndlərimizdə aparılan quruculuq-abadlıq işlərindən ətraflı bəhs etdilər. Çıxışlarında ölkə Prezidenti İlham Əliyevin və rayon rəhbərliyinin Tərtər və tərtərlilərə qayğısından danışdılar, razı-lıqlarını bildirdilər. Kənd sakini Svetlana Hüseynova çıxışında qeyd etdi ki, qaz xəttinin çəkilişi daha çox biz qadınları sevindirir, bu, işlərimizi yüngülləşdirir. Buna görə ölkə Prezidentinə və rayon rəhbərliyinə, bu işdə əməyi olan bütün insanlara “çox sağ olun” deyirəm.
    Tərtər Regional Qaz İstismarı idarəsinin rəisi Elməddin İbrahimov kəndə qaz verilişi ilə əlaqədar bütün sakinləri təbrik etdi.
    Sonda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Novruz bayramı ərəfəsində kəndə qaz verilişini yüksək qiymətləndirdi, “Xeyirli, uğurlu olsun!” – dedi. Tövsiyə etdi ki, qazdan daim ehtiyatla istifadə etsinlər. Həmişə ocağınız isti, ruziniz bol olsun. Bax, ölkə Prezidenti möhtərəm İlham Əliyevin tərtərlilərə göstərdiyi qayğının bir nümunəsi də elə budur.
    Hamınızı Novruz bayramı münasibəti ilə təbrik edirəm.
    İcra başçısı qaz açılışını bildirən məşəli kənd ağsaqqalı Surxay Muradovla birlikdə alovlandırdı.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 12:04

    Teqlər:

İsmarıclar bağlıdır.