Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr

    Изображение 104Ötən ilin iyun ayından başlayaraq rayonumuzda su və kanalizasiya sistemini quraşdıran TTŞ “İnşaat”ın işçiləri hər küçədə, hər evdə əziz qonağa çevriliblər. Qazıntı işləri şəhərin yollarında müvəqqəti çətinlik yaratsa da, hamı anlayır ki, layihə başa çatandan sonra bunlar unudulacaq, əvəzində isə tərtərlilər çoxdan həsrətində olduqları rahatlığa qovuşacaqlar. Qonaqpərvər sakinlər yayın istisində, qışın soyuğunda şirkətdə çalışanlara qayğıkeşliklə yanaşırlar.  Artıq şəhərdə kollektivin qabaqcıl işçilərini də yaxşı tanıyırlar. Bunlardan biri maşinist-ekskavatorçu Tofiq Qurbanovdur. Zəhmətkeş insanın üzərinə düşən vəzifə borcu xətlərin layihə üzrə tələb olunan dərinlikdə qazılması və əks doldurulmasıdır.
    Peşəsinin sirlərini ilk növbədə atası Yaqub Qurbanovdan öyrənən və 1978-ci ildə Tərtərdəki texniki peşə məktəbində sevdiyi ixtisas üzrə təhsil alaraq daha da püxtələşən Tofiq Qurbanovun ilk iş yeri Bərdə Su Meliorasiya İdarəsi olub. 2015-ci ildən isə TTŞ “İnşaat”da çalışır.
    Bir işçi və qayğıkeş insan kimi kollektiv üzvləri arasında hörmət qazanıb. Şirkətdə mexanik vəzifəsində çalışan Alim Ağayev deyir ki, qabaqcıl maşinist-ekskavatorçunun fəaliyyəti burada çalışan gənclər üçün nümunədir.
    Layihə başa çatdıqdan sonra şəhərimizin və ətraf bir neçə kəndin əhalisi daimi olaraq içməli sudan istifadə etmək im-kanı əldə edəcək, çirkab sular daha küçələrimizi bərbad vəziyyətə qoymayacaq.
    Tərtərlilər layihənin həyata keçirilməsində zəhməti olan insanlara minnətdarlıqlarını bildirirlər.

    Kənan Hüseynzadə

    Müəllif: Redaktor, 09:44

    Teqlər:

İsmarıclar bağlıdır.