Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr

    IMG_0024TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK

    Çox dəyərli “Yeni Tərtər” ailəsi!
    Aylarca cəhd göstərdiyim, məqamını gözlədiyim zaman yetişdi. Səmimi hislərimi sözə çevirib ağ kağız üzərində ürək çırpıntıları ilə qeyd etmək mənim üçün nə qədər xoşdur.
    İlk dəfə redaksiyaya gəlişimi heç unutmaram. Əslində bir üzrhaqlıq üçün gəldiyim görüşdə baş redaktor Tofiq Yusiflə söhbət zamanı əsl ziyalı, əsl ağsaqqal sözünün böyüklüyünü gördüm. İşimdə mənə köməklik edəcək məsləhətlər aldım və xoş təəssüratlarla ayrıldım.
    Elə həmin vaxtdan etibarən sevə-sevə mütaliə etdiyim “Yeni Tərtər” qəzetinin daimi və sadiq oxucusuna çevrildim. Bir oxucu olaraq onu deyə bilərəm ki, qəzetin hər yeni sayında təkcə Tərtərimizdə deyil, ümumən respublikamızda baş verən hadisələrin işıqlandırılması, rayonumuzun sosial-iqtisadi tərəqqisi, təhsil, səhiyyə, mədəniyyət sahələ-rindəki yeniliklərdən və s. bəhs edən yazılar təqdirəlayiqdir. Cəbhə bölgəsi olan Qəhrəman Tərtərin qəhrəman oğullarından, ziyalılarından, sadə əmək adamlarından, vaxtı ilə Tər-tərdə yaşayıb, indi isə çox-çox uzaqlarda olan insanların taleyindən yazılmış yazılar nəinki oxucuları onlarla tanış edir, eyni zamanda vətənpərvərlik hissinin formalaşmasında müstəsna rol oynayır.
    Məlumdur ki, rayon qəzeti 1934-cü il aprel ayında işıq üzü görüb və müxtəlif adlarla uzun illərdir ki, fəaliyyət göstərir.
    2005-ci ildən isə “Yeni Tərtər” adı ilə çıxır. Aprel ayında qəzetin 82 yaşı olacaq. Bu münasibətlə onun bütün əməkdaşlarını və coxsaylı oxucularını təbrik edirəm.
    Qəzetin baş redaktoru Tofiq Yusifin “Tərəqqi” medalı ilə təltif olunması, qəzetin əməkdaşlarının dəfələrlə respublika miqyaslı fərdi jurnalist yazı müsabiqələrində qaıib gələrək mükafatlandırılmaları biz oxucuları çox sevindirir. Biz də hamılıqla bu uğurlarınıza görə sizləri səmimi qəlbdən təbrik edir, yaradıcılıq fəaliyyətinizdə yeni müvəffəqiyyətlər diləyir, “sözünüz quvvətli, qələminiz yazar olsun”– deyirik. Sonda Heydər Əliyev Mərkəzi olaraq bizə göstərdiyiniz diqqət və qayğıya görə, verdiyiniz dəstəyə görə dərin minnətdarlıq və təşəkkürlərimizi bildiririk. Hamıya uğurlar diləyi ilə daimi oxucunuz:

    Səlimə Yusibova,
    Heydər Əliyev
    Mərkəzinin direktoru

    Müəllif: Redaktor, 10:01

    Teqlər:

İsmarıclar bağlıdır.