Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    33 (2865 x 1962)Milli-mənəvi dəyərlərimizi özündə yaşadan adət-ənənələrimizdən biri də Novruz bayramıdır. Novruz bayramı öz gəlişi ilə insana ruh yük- səkliyi gətirir.

    24-25-ilə yaxındır ki, Nizami küçəsindəki 30 mənzilli beşmərtəbəli binada yaşayıram. Bu binanın sakinləri hər novruz bayramında daha da mehribanlaşır və doğmalaşırlar.

    İlaxır çərşənbələrin gəlişi azyaşlı uşaqların sevincinə səbəb olur. Hə- lə gündüzdən arx kənarından, çal-çəpərlərdən çırpı yığılaraq şər qarışanda ocaq yandırılır. Hamı tonqalın ətrafına yığılır.

    Novruz adətləri barədə sakinlərdən bəzisinin fikirlərini öyrəndim:

    Nəcibə Sadıqova:

    –Biz Ağdam  rayonundan qaçqın düş-müşük. Orada özümü- zün 2 mərtəbəli, geniş həyəti olan evimiz var-dı. Hələ fevral ayında gün çıxanda həyət-bacanı təmizləyir, ağacların dibini belləyir, əki- ləcək yerləri şumlayardıq, xalça-palazı, yor-ğan-döşəyi havaya atardıq. Ermənini yox olsun, bizi didərgin sal-dı. Çox şükür, bura da öz evimizdir. Harada yaşasaq da Novruz bayramı bizim üçün müqəddəs bayramdır.

    Söhbətə 2015-ci ildə hərbi xidmətə çağırılmış Mətləb Rəhimovun anası Ahilə qoşulur:

    – Mən uşaqlığımı Cəmilli kəndində yaşamışam. Yadımdadır ki, Novruz bayramını o vaxtlarda necə keçirirdiksə indi də elədir. Bu, bizim dədə-baba adətlərimizdir. Bunu hər birimiz övladlarımıza, nə- və-nəticələrimizə də öyrətməliyik ki, yaddan çıxmasın.Yandırılmış tonqal ətrafında dualar edək ki, yağı düşmənin tapdağında olan torpaq-larımız qaytarılsın. Qaçqınlarımız öz ata-baba yurdlarında adətlərimizi davam etdirsinlər

    Binamızın sakinlərinin bir gözəl adəti də var. Bayram şirniyyatlarını gəlinlər-qızlar toplaşaraq gündə bir evdə bişirirlər. Gənc qızlarımız Şəhla, Nərgiz, Təhminə böyüklərdən müxtəlif şirniyyatların bişirilməsini, bayram süf-rələrinin zövqlə açıl- masını öyrənirlər. Səliqəli iş görmək üçün qızlara Durnadan öyrən- məyi məsləhət bilirlər. Dadlı salatların, ətirli şərbətlərin, bayram aşının hazırlanmasında, tortların, şirniyyatların bişirilməsində, səmənilərin cücərdilməsində onun bənzəri yoxdur.

    Axır çərşənbədə ha-mı pay tutub, bir-birinin evinə, bayramlaşmağa gedir: Yası düşmüş adamları yasdan çıxarmaq üçün başsağlığına gedir, evində bayram yeməyinin bişməsinə, bayram süfrəsinin açılmasına yardımcı olurlar.

    İllərdi ki, bu binanın sakinləri beləcə xalqımızın adət-ənənələrini yaşadırlar. Binada yaşayanlar bir kəndin, bir qəsəbənin sakinlərini xatırladır. Oğul-qız toyu edəndə sanki o toy bir ailənin övladının toyuna bərabər tutulur. Nişan, parçakəsdi, xınayaxdı, toy mərasimlərinə birlikdə hazırlaşar, qız cehizini köməkli  düzəl- dərlər. Beləcə bu mehribançılıq illərdi davam edir.

    Binamızın mehriban sakinlərinə cansağlığı, bol-bol bahar sevincləri diləyirəm.

     

    Müəllif: Redaktor, 17:42

    Teqlər:

İsmarıclar bağlıdır.