Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Apr

    YAŞAMAQ ÜÇÜN TƏBİƏTİ QORUMALIYIQ

    imagesAiləmiz Zeynəb Əhmədova küçəsində yaşayır. Buranı Axundov küçəsinin kiçik qolu da hesab etmək olar. Vaxtilə küçəmizdən üç arx keçirdi. İndi bunların ikisində su olmur. Yalnız Təley arxı gecə-gündüz öz gur, bərəkətli sularını məhsul əkib-becərən kənd əməkçilərinə çatdırmağa tələsir.
    Ermənilər sərsəngdən gələn suyun qarşısını kəsəndən, alternativ su mənbələri axtarmağa başlamışıq və indi rayonumuzda subarterian quyularının sayı gündən-günə çoxalır. Əlbəttə, bu, vəziyyətdən çıxış yoludur. Amma ağsaqqallar deyirlər ki, yerin təkindən çıxan su başlanğıcını uca dağlardan götürərək, minbir minerallarla zənginləşən suyun yerini heç zaman verməz. Ona görə də insanlar arx sularının qədrini daha çox bilməlidirlər. Bəs biz nə edirik? Əlimizə keçən zibili arxlara töküb bunları bərbad vəziyyətə salırıq.
    Hər səhər Təley arxının yanından keçib nəvəmi məktəbə aparıram. O da sualı-sual ardınca yağdırır:
    –Nənə, düzdür ki, həyatda su pəriləri var?
    Deyirəm ki, düzdür, hətta onları görüb fotoşəkillərini çəkənlər də olub.
    Cavabında eşidirəm:
    –Yazıq su pəriləri. Onlar arxa tö-külən bu zibillərin içərisində necə yaşayırlar?
    Bir səhər isə nəvəm arxın içinə atılmış tullantıları görüb təəssüflə dilləndi:
    –Elə bil ki, su bu zibillərdən canını qutarmağa tələsir, ancaq bacarmır.
    Biz deyirik ki, su paklıqdır, təmizlikdir, həyatdır. Həqiqətən də belədir. Səhərlər axar suyun yanından ötüb keçəndə insan elə bil müsbət enerji toplayır, həm ruhən, həm fiziki cəhətdən sağlamlaşır. Bəs belədirsə, özümüz öz əllərimizlə həyatımızı niyə bu paklıqdan məhrum edirik? Bununla uşaqlara hansı nümunəni göstəririk?

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 10:06

    Teqlər:

İsmarıclar bağlıdır.