Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Apr

    file13091077055371f4fffbf0291Bu gün Azərbaycan xalqı bir yumruq kimi Prezident ilham Əliyevin ətrafında birləşərək, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxmağa hazırdır. Keçmiş cəbhəçilər, vətəndən uzaqda yaşayanlar, şəhid ana və bacıları, bir sözlə, hər kəs ordumuza əlindən gələn köməkliyi göstərmək istəyir.
    Aprelin 2-dən təmas xətti boyunca başlanan erməni təxribatlarına Azərbaycan Ordusunun verdiyi layiqli cavab göstərdi ki, ordumuz 90-cı illərin ordusu deyil. Bu, müasir silahlarla təchiz olunmuş və hər cür təcavüzə cavab verməyə hazır olan bir qüdrətli ordudur. Elə cəmiyyətimiz də həmin dövrün cəmiyyəti deyil. İndi cəmiyyətimizdə müşahidə olunan ruh yüksəkliyi, vətənpərvərlik, birlik heç zaman olmamışdır.
    Bu hisslər Yeni Azərbaycan Partiyasının üzvləri arasında da çox güclüdür.
    Tərtər qəhrəmanlar diyarıdır. Döyüşlərdə də tərtərlilər layiqincə iştirak etdilər. Biz torpaqlarımızın bir qismini geri qaytardıq. Eyni zamanda Azərbaycanın haqlı olduğunu bir daha dünyaya nümayiş etdirdik.
    Azərbaycan xalqı heç kimin torpaqlarını işğal etməyib. Biz haqqımızı tələb edirik. Haqq işi qalib gələcək.
    Şəhidlərimizin qanı yerdə qalmayacaq. Döyüşlərdə şəhid olan hərbçilərimizə, mülki vətəndaşlarımıza Allah rəhmət eləsin. Onların yaxınlarına, doğmalarına səbr diləyirik.

    Kamil Məmmədov,
    YAP rayon təşkilatı
    aparatının rəhbəri

    Müəllif: Redaktor, 10:41

    Teqlər:

İsmarıclar bağlıdır.