Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Apr

    IMG-20160413-WA0008-1Son günlər nəinki Azərbaycanımızın, bütün dünya ölkələrinin diqqətini özünə çəkən, adına şeirlər, mahnılar yazılan doğma torpağımız olan Qarabağımızdan danışmaq mənim də bir vətəndaşlıq borcumdur. Elə bir borc ki, hər kəs bunu öz əməlində, əqidəsində göstərir. Kimisi bunu düşmənin diversiya qrupunun təxribatlarına cavab olaraq səngərlərdə məğrurcasına döyüşərək, kimisi isə xalq, vətən, torpaq yolunda öz yaşamaq hüququndan keçib şəhidlik zirvəsinə yüksələrək, kimi isə vətən oğullarının bu məğrurluq və fədakarlığını qələmə alaraq yerinə yetirir. Vətənimizin keşiyində duran kifayət qədər qeyrətli oğullar olduğundan bizə düşən bunların haqqında yazmaq oldu.
    1992-ci ildə ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızdan, dağlar qoynunda yerləşən Laçınımızdan və onun qeyrətli, vətənpərvər oğullarından biri Ramil Baxşalıyevdən danışmaq istərdim. Onunla ilk tanışlığımız mənim üçün çox həyəcanlı və gözlənilməz vaxta təsadüf etdi. Yaşadığımız Qapanlı kəndi təmas xətti boyunca yerləşdiyi üçün tez-tez ermənilər tərəfindən atəşə məruz qalırdı. Son dövrlər isə bu hücumlar daha ciddi şəkil aldığından ordumuzun nə vaxtsa onlara layiqli cavab verəcəyi günü gözləyirdik.
    Axşamçağı kənd yolunda 2 zirehli texnika və minatəmizləyəni görüb həyacanlandım. Qarşıdan gələn hərbçinin simasında düşmənə qarşı nifrət və qisas hissi vardı.
    “Yolunuz açıq olsun! Allaha əmanət”, – deyərək yanlarından ötdüm. Bu hərbçi isə Ramilin özü idi.
    Ramil 1981-ci ildə Laçın rayonunda “Şəlvə dərəsi” deyilən kənddə anadan olub. 11 yaşında ikən Laçın rayonu ermənilər tərəfindən işğal edilib və ailəsi Bərdə rayonunda məskunlaşıb. Uşaqlıqdan hərbçi olmaq istəmiş, hərbi təhsil almışdır. Beş ildir ki, orduda qulluq edir. Ramilin 2 övladı da atası kimi hərbçi olmaq istəyir. Özü isə hərb yolunu secərkən anasına, müəllimlərinə söz verib ki, torpaqlarımız azad olunanadək döyüşəcək. Bu gün onun döyüş səhnələrinin şahidi bizlərik. Aprelin 3-də hərbi maşınla Seysulan istiqamətində hərəkətdə olarkən düşmən tərəfi maşını vurub. Son anda ölümün cəngindən qurtarıb. Söhbət edərkən bildirdi ki, torpaq uğrunda ölmək şərəfdir. Ancaq bizə öldürmək gərəkdir ki, Laçınımıza çata bilək. Axı Laçın, işgalda olan digər torpaqlar bizi gözləyir.
    Mən Ramil Baxşalıyevin timsalında milli ordumuzda olan böyük ruh yüksəkliyini gördüm. Artıq bu gün xalqla ordu vəhdət təşkil edir. Gücümüz birliyimizdədir.
    Vətən oğulları, sizlərə səslənirik!
    Sizlərlə fəxr edirik. Qarabağ savaşında uğur, qələbə yalnız sizlərindir.
    Qələbə müjdənizi gözləyirik. Sizə “Yolunuz açıq olsun” deyir və Allaha əmanət edirəm. Yaradacağınız zəfər tarixindən yazmaq ümüdü ilə:

    Səlimə Yusibova

    Müəllif: Redaktor, 10:46

    Teqlər:

İsmarıclar bağlıdır.