Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 04May

    ƏHALİ İLƏ ORDU ARASINDA BİRLİYİN ŞAHİDİ OLDUM

    Изображение 290Mən Tərtər rayonunun Azadqaraqoyunlu kəndində doğulub boya-başa çatmışam. İlk təhsilimi də elə bu kənddə almışam. Azərbaycanın hər bir guşəsi kimi, Tərtər də mənə doğma və əzizdir.
    Aprelin əvvəllərində erməni hərbi birləşmələrinin cəbhədə təxribatlar törətməsi, bunun nəti-cəsində Tərtər rayonuna xeyli ziyan dəyməsi məni də narahat edirdi. Bu günlərdə qəhrəman şəhərimizə gəldim. Düzünü deyim ki, yaşımın çox olmasına baxmayaraq, hələ heç zaman insanlarda bu qədər ruh yüksəkliyi görməmişdim. Bir veteran kimi gənclərlə görüşdüm, əhali ilə söhbət apardım. Rayon əhalisi ilə ordunun birliyinin şahidi oldum. Cəbhədə atəş səsləri eşidilməsinə baxmayaraq, təbiətin bu gözəl fəslində hər kəs evində-eşiyindədir, hamı çalışdığı sahədə üzərinə düşən vəzifəni yerinə yetirmək üçün daha böyük qüvvə ilə çalışır. Bu da aydındır. Ordumuzun güclü olması üçün ilk növbədə iqtisadiyyatımız inkişaf etməli, uğurlarımız artmalıdır.
    Biz veteranlar böyük ömür yolu keçmiş, ölkəmizin tərəqqisi naminə əlimizdən gələni etmişik və indi də edirik. Sevi-nirik ki, gənc nəsil estafeti layiqincə davam etdirir. Azərbaycan gəncləri Vətəni qorumağa da, onun gücünü artırmağa da qadir insanlardır. Cəbhədə ermənilərin təxribatına verilən sarsıdıcı zərbələr bunu bir daha təsdiq edir.

    Rasim Axundov,
    texnika elmləri doktoru, professor,

    Azərbaycan Respublikası Müharibə,

    Əmək və Silahlı Qüvvələr

    Veteranları Təşkilatının üzvü

    Müəllif: Redaktor, 13:31

    Teqlər:

İsmarıclar bağlıdır.