Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01İyn

    CƏMİ 16 BAHAR YAŞADI…

    10100Turanə Həsənli 2000-ci ilin gözəl bir bahar günündə –mayın 27-də anadan olmuşdu. Gözünü bu dünyaya açdığı dəqiqələrdən günəşin gur işığını, bir-birindən ətirli yaz çiçəklərini görmüşdü. Ona görə də həyatı, xüsusən də bahar fəslini çox sevirdi. Hər il bağlarındakı ağaclar çiçəkləyəndə, bunların arasında şəkil çəkdirirdi. Elə ömrünün də beləcə gözəl, işıqlı olacağını təsəvvür edirdi…
    Turanə rayonumuzun Həsənqaya kəndində böyüyüb boya-başa çatmışdı. Bu kənd düşmənlə təmas xəttinin lap yaxınlığında yerləşir. Ona görə də körpəlikdən o, ana laylası ilə bərabər həm də atəş səsləri eşitmiş və bu şəraitə alışmışdı.
    Aprel ayının əvvəlində cəbhədə vəziyyət gərginləşəndə, ailənin sonbeşiyi olan Turanə qorxu hissi keçirmirdi, əksinə, böyük bir sevinclə Azərbaycan Ordusunun onun heç zaman getmədiyi, ancaq çox sevdiyi dağlara doğru irəliləməsini arzulayırdı.
    16 yaşlı qızdan fərqli olaraq, dünyagörmüş valideynlər kənddə qalmağın təhlükəli olduğunu anlayırdılar, ona görə qız-gəlinləri, uşaqları şəhərdəki qohumlarının evlərinə göndərmişdilər.
    Aprelin 5-i idi. Həmin gün Tunarənin xalası kəndə gedib, ev-eşiklərinə baş çəkmək, uşaqlara paltar gətirmək istə-diyini bildirdi.
    –Mən də səninlə gedəcəyəm, xala, –deyə Turanə sevincək dilləndi. O, anasından ötrü cox darıxmışdı. Təhlükə barədə heç düşünmürdü də. Təki evlərinə çatsın, həmişəki kimi anasının açdığı süfrənin arxasında oturub onunla birlikdə çörək yesin.
    Laləzar ana qızını görüb həyəcanlandı.
    –Göydən od tökülür, ay qızım! Belə vaxtda sən bura niyə gəlmisən?
    Ana tələsik çay-çörək hazırladı. Hər ikisi süfrənin kənarında boş qalan yerlərə baxıb köks ötürdü. Qız anasının ürəyindən keçənləri sözsüz başa düşürdü. Qardaşı Ceyhun hərbidədir. Indi o, ən qaynar nöqtədə, Qapanlıda döyüşür. Müharibənin belə bir vaxtında ana 7 övladının hamısı üçün narahatcılıq keçirsə də, ən çox nigarançılığı Ceyhundan idi. Amma o bilmirdi ki, cəmi bir neçə dəqiqədən sonra erməni faşistlərinin göydən yağdırdığı od-alov onun sonbeşik balasının üstünə töküləcək…
    Hələlik isə… Səhər yeməyinin uzandığını görən Laləzar ana Turanəyə baxıb, dilləndi:
    –A bala, dur süfrəni yığışdır, onsuz da fikirlər içində əlimizi çörəyə uzada bilmirik.
    Evlərində həmişə deyərdilər ki, “qız sanki “od parçasıdır”, iş görəndə əlayağını görmək olmur”. Amma bu dəfə “od parçası” olan Tunarə nədənsə anasının sözünə baxıb evdə ləngimədi, heç süfrəni də yığışdırmadı. Durub həyətə çıxdı, sözün həqiqi mənasında “od parçası” olmaq üçün…
    Tunarə dəhşətli gurultunu eşitdi, göydən gələn od-alovu da gördü. Amma çox sevdiyi çiçək açmış ağaclara baxmağa macal tapmadı. Deyirlər ki, 16 yaşlı qızın həyatına son qoyan mərmi bağdakı ağacları da məhv eləmişdi. Beləcə, baharda dünyaya gələn qız baharda da köç elədi, amma ailəsinin, özünün arzuladığı kimi, sevdiyi insanın evinə yox, əbədi mənzilinə.
    Hadisə saat 11-ə 15 dəqiqə qalmış baş verdi. Az sonra isə atəşkəsin elan edildiyi haqqında xəbəri eşitdik. 5 günlük müharibə dayandı. Bu müharibədə qazandıqlarımızla yanaşı itirdiklərimiz də oldu.
    Onlardan biri ermənilərin bizlərə qarşı həyata keçirdikləri soyqırımın növbəti qurbanı Turanə Kamandar qızı-dır.
    Allah rəhmət eləsin!

    Svetlana Bilalqızı

    Müəllif: Redaktor, 13:58

    Teqlər:

İsmarıclar bağlıdır.