Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn

    ZƏHMƏTƏ VERİLƏN YÜKSƏK QİYMƏT

    Изображение 065Həyatda peşələr çoxdu. Kim hansı peşəni seçib, ona ürəkdən bağlanırsa, insanların sevimlisinə çevrilir. Bax, elə rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinin tibb bacısı Fazilə Əliyeva kimi.
    Fazilə xanım haqqında qısa arayış: O, 1959-ci ildə rayonumuzun Qaradağlı kəndində anadan olub. Orta təhsilini də yaşadığı kənd məktəbində alıb. 1978-ci ildə Mingəçevir şəhərindəki tibb texnikumunu bitirib. Tərtər rayon mərkəzi xəstəxanasının vərəm xəstəlikləri şöbəsində işə başlayıb. Gənc tibb bacısı həmişə çalışıb ki, həm işlədiyi kollektivin, həm də xəstəxanaya gələn xəstələrin hörmət, izzətini qazansın. Buna nail olub da.
    Artıq 16 ildir ki, cərrahiyyə şöbəsində tibb bacısı işləyir. Əvvəlki iş yeri kimi, burada da kollektiv arasında böyük hörməti var. Hamı onu həm yaxşı tibb bacısı, həm də yaxşı yoldaş kimi tanıyır.
    Bu günlərdə rayona yayılan şad xəbər Fazilə xanımla yanaşı xəstəxana kollektivinin də böyük sevincinə səbəb olub.
    Ölkə Prezidentinin Sərəncamı ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin tibb bacısı Əliyeva Fazilə Məhəmməd qızı “Əməkdar tibb işçisi” adına layiq görülüb, döş nişanı ilə təltif edilib.
    Fazilə xanım ailəlidir, 3 övladı, 7 nəvəsi var. Belə bir xoş, fərəhli, gündə biz də Fazilə xanımı təbrik edir, ona şərəfli və məsuliyyətli peşəsində müvəffəqiyyətlər arzulayırıq.

    Mirzə Nəsir

    Müəllif: Redaktor, 14:26

    Teqlər:

İsmarıclar bağlıdır.