Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn

    Изображение 135Aprel ayının əvvəlində baş vermiş hadisələr bir daha sübut etdi ki, ordumuz qüdrətlidir və düşmənə qalib gəlməyi bacaran oğullarımız var.
    Nağıyev Zaur Nizami oğlu da Milli Ordumuzun tərkibində xidmət edən belə oğullarımızdan biridir. Zaurun uşaqlığı I Qarabağ savaşının aparıldığı bir vaxta təsadüf etmişdir. O zaman hələ erməni fitnəkarlığını yaxşı anlamasa da, müharibənin dəhşətlərini öz gözləri ilə görürdü. “Qrad” qurğularından, “Alazan” tipli raketlərdən şəhərin atəşə tutulması, insanların həlak olması, yaşayış məntəqələrinin dağıdılması onun uşaq təfəkküründə düşmənə qarşı nifrət yaradırdı. Əsgərlik yaşı çatanda vətənə borcunu ləyaqətlə yerinə yetirmişdir.
    Zaur hərbi xidmətdən sonra doğma şəhərimizdə sürücülüklə məşğul olsa da, fikrindən ordu sıralarında çalışmaq keçirdi. Artıq qəti qənaətə gəlib qərarını vermişdi. 2014-cü ilin fevralından müddətdən artıq xidmətdədir.
    Necə oldu ki, yenidən hərbi xidmətdə qulluq etməyə qərar verdin?–sualına düşünmədən cavab verdi:
    –Buna səbəb ancaq Vətən sevgisidir. 20 faizdən artıq torpaqlarımızın işğal altında olması, doğma yerlərimizə gedə bilməməyimiz həmişə məni narahat edirdi. Ona görə də yenidən orduya qayıtdım.
    Zaur Azərbaycan ordusunun kiçik çavuşlarından biridir. Ailəlidir. Üç övladı var. Həyat yoldaşı Jalənin ata-baba yurdu mənfur ermənilərin tapdağında inləyir. Deyir ki, Jaləyə söz vermişəm ki, ordumuz Umudlunu yağı düşmənlərdən azad edəcək. Aprel ayının əvvəllərində erməni təxribatının qarşısında Milli Ordumuzun göstərdiyi qəhrəmanlıq inamımı bir daha artırdı. Inandım ki, ordumuz bu gücə malikdir.
    Zaur Nağıyev sürücüdür. Aprel təxribatları zamanı onun idarə etdiyi maşına da düşmənin atdığı mərmilər nəticə-sində ziyan dəymişdir.
    Bu gün rəşadətli ordumuzun hər bir döyüşçüsü kimi Zaurun da arzusu torpaqlarımızın azad olunması, üçrəngli bayrağı-mızın işğaldan azad edilmiş torpaqlarda dalğalanması, şəhidlərimizin qanının alınmasıdır. Inşallah, bu arzular həyata keçər. Bizim borcumuz isə bu igidlərimizin şücaətlərini qələmə alaraq xalqa çatdırmaqdır. Bir daha hərbçilərimizi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə təbrik edib, döyüş qələbələri arzulayıram.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 16:24

    Teqlər:

İsmarıclar bağlıdır.