Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn

    DSC_8233 (Копировать)(2)DSC_8676 (Копировать)İyun ayının 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 673 nəfər şagird XI sinifi, 795 nəfər şagird isə IX sinifi bitirir.
    Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərinə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının gətirilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlandı.
    Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi nömrələri, müəllimlərin, məzunların çıxışları bir-birini əvəz etdi.
    Şəhər 1, 2, 5, 6 saylı və Seydimli kənd tam orta məktəblərinin məzunlarının “Son zəng”ində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları təbrik edərək, gənclərə tövsiyələr verdi. Müstəqil Azərbaycanımızın gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu bildirdi. Məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyə etdi. Millətin gələcəyi olan təhsilin tərəqqisinin cənab Prezidentin xüsusi diqqət göstərdiyi sahə olduğunu söylədi.
    Sarıcalı, Buruc və Hacıqərvənd kənd tam orta məktəblərində də “Son zəng” tədbirlərində rayon icra haki-miyyətinin nümayəndələri, valideynlər, kənd ağsaqqalları iştirak etdilər
    Çıxış edənlər məzunlara vətənimizin layiqli övladları olmağı arzuladılar. Bildirdilər ki, müəllimlər də , valideynlər də daim onların xoş sorağını gözləyəcəklər.
    Məktəblərdə çalınan “Son zəng” məzunları sinif otaqlarına deyil, müstəqil həyata səslədi.

    Müəllif: Redaktor, 08:42

    Teqlər:

İsmarıclar bağlıdır.