Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn

    DSC_8074Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birlikdə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirmişdir.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzində ucaldılmış büstü önünə gül-çiçək dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etmiş, sonra həyat və fəaliyyətini əks etdirən foto stendə baxmışlar. Toplantı mərkəzin konfrans zalında davam etdirilmişdir.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimyyəti Başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov açaraq Milli Qurtuluş Gününün müstəqil Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi bu günkü və gələcək nəsillərin yaddaşlarına əbədi həkk olunduğunu qeyd edib.
    Vətənpərvərlik ideologiyasının bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçi-rilməsindən, ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlardan danışaraq əmin olduğunu bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunun əhalisi respublikamızın və rayonumuzun sürətli inkişaf xəttinin davam etdirilməsinə öz töhfələrini artıracaqdır.
    Sonra Cəmilli kənd tam orta məktəbinin direktoru Rəşad Şahbazov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov, mədəniyyət və turizm şöbəsinin metodisti Reyhan İsmayılova çıxış ediblər. Çı-xışçılar deyiblər ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, onun memarıdır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 08:55

İsmarıclar bağlıdır.