Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır».

    Heydər Əliyev

    1980-ci illərin sonları idi. İşim elə idi ki, uşaq və gənclərin yaşam tərzindən xəbərim olurdu. Mən deyərdim ki, bu illər mənim üçün maraqlı  illərdən idi. O dönəmdə uşaqları mağazalara siqaret, içki almağa göndərməzdilər, çayxanalarda azyaşlıların işləməsinə icazə verilməzdi, gecə saat 1-2-yə qədər televizora baxmağa qoymazdılar, məktəblərdə elə dərs keçilərdi ki, hansısa repetitor muəllimin yanına getməyə ehtiyac olmazdı.Uşaqların  küçələrdə boş-boşuna veyillənməsinə, bazarlarda xırda alverlə məşğul olmalarına, marşrut avtobuslarında pul yığmalarına heç kəs razı olmazdı. Bəs indi?! Bu gün dövlətimiz böyüməkdə olan nəslin fiziki və mənəvi inkişafına daha böyük diqqət göstərir. Bütün bölgələrdə, o cümlədən rayonumuzda Olimpiya kompleksləri, Gənclər Mərkəzləri, müasir məktəblər tikilir. Gənclər müxtəlif idman yarışlarına, müsabiqələrə cəlb olunurlar. Lakin təəssüf ki , bəzi ailələrdə uşaqların tərbiyəsinə lazımınca diqqət yetirilmir.

    Ölkəmizdə yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması və mili-mənəvi dəyərlərimizin təbliği çərçivəsində məqsədyönlü işlər aparılmaqdadır. «2015-2025-ci illərdə  Azərbaycan gənclərinin İnkişaf Strategiyası»nda gənclərimizi düşündürən problemlər öz əksini tapıb. İnanırıq ki, çox yaxın gələcəkdə dövlətimizin, o cümlədən cəmiyyətin bütün təbəqələrinin köməyi ilə problemlər aradan qaldırılacaq. 

                                                                                                   

    Müəllif: Redaktor, 16:48

    Teqlər:

İsmarıclar bağlıdır.