Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    1301565518_191801904-1905-ci illərdə mütləqiyyət hökumətinin, bununla birlikdə Peterburq mətbuatının Azərbaycana diq-qəti artırması təsadüfi deyildir. Hö- kumətin əvvəllər yarımfeodal-aqrar ölkəsi kimi təsəvvür etdiyi Azərbaycan neft sənayesinin sürətlə inkişaf etməsi nəticəsində hətta dünya kapitalistlərinin diqqətini cəlb etmişdi. V.İ. Lenin hələ 1899-cu ildə yaz-mışdır: “Rus kapitalizmi Qafqazı dünya əmtəə tədavülünə cəlb edirdi, onun yerli xüsusiyyətlərini – qədim patriarxal qapalılıq qalıqlarını aradan qaldırır və öz fabrikləri üçün özünə bazar yaradırdı”.
    Bakıda alman Nobel qardaşları-nın, fransız Rotşildin, rus kapitalist-lərindən Xokorevin, Şibayevin, Ben- kendoryun və başqalarının neft sənayesi firmaları yaradılmışdır. Bu-nunla əlaqədar Peterburqdan, Mos- kvadan və Rusiyanın başqa şəhər- lərindən Bakıya inqilab ruhlu mü-həndislər, təcrübəli fəhlələr axışıb gəlirdi. Bu isə sənaye Bakısında çox-millətli proletariatın yaranmasında və inqilabiləşdirilməsində mühüm rol oynayırdı. Rusiyanın şəhərlərində təhsil alan Azərbaycan ziyalıları da vətənə inqilab əhval-ruhiyyəsi ilə qayıdırdılar.
    Ucqar cənubda təhlükəli inqilab ocağına çevrilən Azərbaycan müt-ləqiyyət hökumətinin xüsusi diqqət mərkəzinə keçdikdən sonra Peterburq burjua və liberal-burjua mətbuatı da ideoloji mübarizə istiqamətini bu diyara yönəltdi.
    Hökumət fəhlələri öz mübarizə-lərindən yayındırmaq məqsədilə millətlərarası münaqişələrin qızışdırıl- masını ön plana çəkdi. Bu məqsədlə Azərbaycana köçürülmüş erməni-lərdən məharətlə istifadə olunur, Ba-kıda qırğınlar, talanlar təşkil edilirdi.
    Peterburqda nəşr olunan “Naşi dni” qəzeti bu barədə belə yazırdı: “İndi öz fikirlərimizi dərc edib yaymağa fiziki imkan tapmışıq… Lakin nə və necə yazaq? Yüzlərcə meyit, yüzlərcə şikəst və yaralı qanlı divar kimi qabağımızı kəsmişdir”.
    “Russkoye boqatstvo” jurnalı öz oxucularını ölkədə baş verən ictimai-siyasi hadisələrlə tanış edərkən, bə-zən başqa mətbuat orqanlarında, xü- susən qəzetlərdə dərc edilmiş xəbərlərdən istifadə edirdi. Bu zaman jurnal bu xəbərlərə müdaxilə etmədən, olduğu kimi verirdi. Qafqazda, o cümlədən Azərbaycanda baş verən mühüm hadisələri də jurnal öz oxucularına bu yolla çatdırırdı. Məsələn, burada dərc olunmuş bir xəbərdə deyilirdi: “Kavqaz ”ın (Tiflis rəsmi hökumət qəzeti) xəbər verdiyi kimi, dövlət qayda-qanununun və ictimai asayişin mühafizəsinə dair tədbirlər haqqında əsasnamənin 51-ci maddəsi əsasında yerli rəhbərlik tərəfindən Yelizavetpol (indiki Gəncə), Şuşa və Nuxa (indiki Şəki) şəhərləri üçün qəti qərarlar qəbul edilmişdir”. Jurnal yenə oradaca Qafqaz rəhbərliyinin “Kazbek” qəzetində dərc edilmiş sərəncamlarına əsasən bildirirdi ki, Qafqazda mülki hakimiyyətin baş rəisi Bakı quberniya jandarm idarəsinin rəisi tərəfindən təqdim edilən, dövlətin mühafizəsi haqqında əsasnaməyə uyğun olaraq təqdim olunmuş təqdimatı nəzərdən keçirmiş və Qafqaz ölkəsinin ərazisinə gizli surətdə döyüş patronu gətirdiyi üçün Ordubad şəhərinin sakini Mü-seyib Kərbəlayi Əsəd oğluna iki il müddətinə Qafqaz ərazisində yaşamağı qadağan etmişdir.
    1904-cü ildə ədəbi-ictimai “Novı put” jurnalı yazırdı: “Cari ilin birinci yarısı həmçinin çoxlu sui-qəsdlərinə görə də son dərəcə uğursuz hesab edilməlidir. Sui-qəsdlərin çoxu tama-milə qeyri-adi şəraitdə camaatın gö-zü qabağında baş verirdi… Ümumiyyətlə, Qafqazda həyəcanlar kəsilmir, ölkənin mülki təhlükəsizliyi müqayisəolunmaz dərəcədə laxlamışdır”.
    Qafqazda ən qorxulu inqilab ocağı olan Bakı çar hökumətinin xüsusilə diqqət mərkəzində idi. Çünki yerli polis və Bakıda yerləşdirilmiş qoşun bu inqilab ocağında qayda-qanun yaratmaqda gücsüz idi.
    Bakı qubernatoru Nakaşidze 1905-ci ilin yanvarında xüsusi olaraq Peterburqa çağırılmış və inqilabı boğmaq haqqında Bitte hökumə-tindən gizlin təlimat almışdı. O, Peterburqdan qayıtdıqdan sonra vit- se-qubernator Lileyevin, polismey- ster Deminskinin və erməni burju-aziyasının köməyi ilə fevralın 6- dan 9-dək davam edən erməni-müsəl-man qırğınını təşkil etdi. Qubernator bu mənfur siyasəti həyata keçirərkən erməni mauzerçilərinin qüvvəsindən istifadə edirdi.
    Mart ayında azərbaycanlılara qarşı soyqırım tədbirləri Bakı ilə yanaşı Azərbaycanın başqa şəhər və qəzalarında da həyata keçirilməyə başladı. Lakin həm paytaxt, həm də yerli mətbuat bu hadisələrin işıqlandırılmasına görə ciddi nəzarətə götürülmüşdü.
    “Naşi dni” qəzeti həmin günlərdə yazırdı: “Ah, biz necə xoşbəxt olar-dıq, əgər o günlərə kimi tamamilə susmağa ixtiyarımız olsaydı, əgər jur- nalistin mənəvi borcu, azca da olsa, fikir deməyə məcbur etməsəydi…”
    “Yurist” jurnalında belə bir xəbər dərc edilmişdi:” Bakı vitse-qubernatoru 13 fevral tarixli 2934 nömrəli təliqə ilə “Bakinskiye izvestiya”nın redaktoruna bildirmişdir ki, cənab qubernator tərəfindən “Qanlı günlər” və “Səbəbi hardandır?” məqalələrinə dərc olunmağa icazə verilməmişdir və “Bakinskiye izvestiya”da yerləş-dirilmək üçün nəzərdə tutulmuş bütün xəbər və məqalələr, senzuraya göndərilməzdən əvvəl , icazə üçün Bakı qubernatoru həzrətlərinə gön-dərilməlidir”.
    Hökumətin milli qırğın və irqi ayrıseçkilik siyasətinin acınacaqlı nəticələri “Yurist”in əməkdaşlarını narahat etmişdir. Onlar hökumətin özünü ədalətli olmağa çağırmışlar. Jurnal “Ədalətliliyə çağırış” adlan-dırdığı baş məqaləsində yazırdı. “Ağıllı dövlət siyasətinin vəzifəsi ölkədə dinclik yaratmaqdan, onun əhalisinin bütün ünsürlərinin birləşməsi üçün əlverişli şərait yaratmaqdan ibarət olmalıdır. Dövlətdə müxtəlif sinif və millətlərin müxtəlif hüquqi vəziyyəti əhalinin parçalanması və onun qarşılıqlı-düşmən kateqoriyalara bölünməsi işinə xidmət edir. Bu siyasət artıq öz bəhrəsini verdi. Yəhudi, erməni, tatar (azərbaycanlı) qırğınları eyni dövlətin vətəndaşlarını doğma və ögey uşaqlara bölmüş xadimlərimizin ünvanına həyatın həyəcanlı və xəbərdaredici səsidir”. Bir az sonra “Ruskoye boqatstvo” bu vəhşilikləri iki millət arasında “milli və dini düşmənçilik” kimi qələmə vermişdir.
    Həmin jurnalın yazdığına görə Peterburq agentliyinin Tiflisdən verdiyi teleqramda göstərilirdi ki, ermənilərlə müsəlmanlar arasındakı toqquşmalar erməni inqilab komi-təsinin cinayətkar fəaliyyəti nə-ticəsində baş vermişdir. “Bakıda hərbi vəziyyət elan edildikdən sonra bir neçə mühüm cinayətkar, o cümlədən beynəlxalq inqilab komitəsinin üzvü və üstlərindən əkstəbliğat vərəqələri tapılan iki qadın həbs edilmişdir.” Qeyd olunurdu ki, Azərbaycanda Türkiyədən gələn erməniləri yerləşdirmək istəyirlər.
    Peterburq mətbuatından götürül-müş bu faktlar bir daha sübut edir ki, məhz unutqan olduğumuza görə XX əsrdə bu hadisələr dəfələrlə təkrar olunmuşdur.

    Müəllif: Redaktor, 17:47

    Teqlər:

İsmarıclar bağlıdır.