Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    Ananın boxçasındakı «qara kağız»lar

    Keçmiş Sovet İttifaqına daxil olan ökələrin hər birində olduğu kimi, Azərbay-canda da Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 70 illiyinə geniş hazırlıq işləri görülür. Bu münasibətlə Azərbaycan Respublikası Prezi- denti İlham Əliyevin sərəncamı ilə geniş “Tədbirlər planı” hazırlanmış və təsdiq olunmuşdur. Həmin tədbirlərdə II Dünya müharibəsi illərində xüsusi rolu olan qadınların yada salınması nəzərdə tutulur. Bu yazıda Böyük Vətən müha-ribəsinin bir ailənin həyatına gətirdiyi faciələrdən və Azərbaycan qadınının fədakarlığından söhbət açacağıq.
    Onlar Lacın rayonunun Baldırqanlı kəndində yaşayırdılar. Həmin kənd kiçik Qafqaz dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının şimal tərəfində, iki dağın arasındakı gözəl bir ovalıqda yerləşir. Alış Vəliyevin və Əsmər Vəliyevanın ailəsində 11 uşaq dünyaya gəlmişdi. Onlardan 2-si körpəikən vəfat etmiş, qalanları isə vali-deynlərinin qayğı və məhəbbəti ilə təbiətin bu füsunkar güşəsində xoşbəxt günlər yaşayırdılar.
    Müharibənin elə ilk günlərindən Alış Vəliyevin özü, oğlanları Talış və Bəhmən cəhbəyə gedirlər. Ailənin bütün ağırlığı ananın və 12 yaşlı Səttarın üzərinə düşür.
    Bu ailənin övladlarından biri olan, uzun müddət Tərtər Rayon Təhsil Şöbəsində məsul vəzifələrdə işləyən, rayonumuzun hörmətli ziyalısı Cəfər Baxşəliyev o ağır günləri belə xatırlayır: “Anam savadsız, ancaq tədbirli və qocaq qadın idi. O, qardaşım Səttarla gecə-gündüz kolxoz təsərrüfatında işləyirdi. Tez-tez kəndə gələn “qara kağız”lara görə evlərdəki şaxsey-şivən səsindən qulaq tutulurdu. Böyük qardqaşım Talışın “qara kağız”ının ili tamam olmamış, atamın da həlak olması haqqında xəbər gəldi. Bu xəbər Krım cəhbəsindən gəlmişdir”.
    Bir müddətdən sonra hələ 17 yaşı tamam olmamış Bəhməni də müharibəyə aparırlar. Bir il keçməmiş onun da ölümü haqqında xəbər gəldi. Bu xəbər ananı məhv etsə də, o, yaxşı bilirdi ki, yaşamaq və çətin dağ şəraitində qalan uşaqları böyütmək lazımdır. Gecəni səhərədək corab, paltar toxuyan, min-bir müsibətlə tapdığı ərzaqdan xörək hazırlayan ana gündüzlər oğlu Səttarla birlikdə başqa qadınlarla kolxoz işlərində çalışırdı. Ananın bu dəyanəti sanki Allaha da xoş getdi. Cəhbədən gələn məktubların birində Bəhmənin sağ olması bildirildi. Sən demə yoldaşları yaralı vəziyyətdə olan Bəhməni tapıb hospitala çatdırıblar. Özünə gəldikdən sonra vəziyyəti haqqında evə məktub yazıb.
    Cəfər müəllim xatirələrində bildirir ki, bu, ailə üçün böyük təsəilli olsa da, anam yenə də bizdən gizlicə gecə səhərədək ağ-layırdı. Hər üçündən gələn məktubları bir yaylığın arasına yığıb saxlayırdı. O dövrdə Azərbaycan qadınları,o cümlədən Əsmər Vəliyeva öz ailələrini dolandırmaqla ya-naşı, cəhbəyə də kömək edirdilər. Hər ev-dən mümkün olan qədər ərzaq, yun corab və s. yığılıb cəbhədə döyüşənlərə göndə-rilirdi.
    1947-ci ildə Bəhmən Baxşəliyev ordudan qayıtdı. Bundan sonra bütün ailə Tərtər rayonuna köçdü.
    Ailədəki övladlar bir-bir böyüyüb qazanc gətirdikcə pis günlər yavaş-yavaş yaddan çıxmağa başladı. Amma Böyük Vətən mü-haribəsi cəhbəsində həlak olan ailənin başçısı və gənc Talış heç zaman unudulmadı. Bu dərdlə də Əsmər ana dünyasını dəyişdi.
    Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında Azərbaycan qadınlarının böyük rolu olub. Onlar həm ailə qayğıları çəkib, həm təsərrüfat işlərində çalışıb, həm də hər vasitə ilə gücləri çatan qədər orduya yardım göstəriblər. Bu ənənə Qarabağ müharibəsində də davam etdirilib.

    Svetlana Bagırova

    Müəllif: Redaktor, 17:55

    Teqlər:

İsmarıclar bağlıdır.